Erasmus+ layihəsinin növbəti təlimi

  07-08 oktyabr tarixində “Naxçıvan” Universitetinin əməkdaşları, Rəcəb Cəfərli və Könül Babayeva EQAC Erasmus+ layihəsinin növbəti təlimlərində iştirak etmişdir. Təlimlərin məqsədi ESG standartları əsasında Universitetin fəaliyyət planına edilə biləcək dəyişikliklər müzakirə edilmişdir. Hər bir ali təhsil müəssisələri KPİ fəaliyyətlərini müəyyənləşdirmiş və rəhbər kitabçalar hazırlanması üçün standartlar tək-tək müzakirə edilmişdir. Təlimlərin sonunda Ali təhsil müəssisələrinin hazırladıqları fəalliyyət planının təqdimatı olmuşdur.