Elman Rzabəyli

Rzabəyli Elman Telman oğlu 1992 – ci ildə Babək rayonunun Y.Uzunoba kəndində anadan olmuşdur. 1998 –ci ildə Uzunoba kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuşdur. 2004 –cü ildə Naxçıvan Türk Liseyinə qəbul olunmuşdur. 2009 - cu ildə həmin liseyi bitirmişdir və həmin il Azərbaycan Dövlət Neft Akademiyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) İstehsalat Proseslərinin Avtomatlaşdırılması Fakültəsinin (indiki adı: İnformasiya Texnologiyaları və İdarəetmə Fakültəsi) “Elektronika, telekommunikasiya və radiotexnika” ixtisasına qəbul olunmuşdur. 2013 –cü ildə həmin  universiteti bitirmiş və həmin universitetin “Kompüterli informasiya – ölçmə texnologiyaları ” ixtisası üzrə magistratura pilləsinə qəbul olunmuşdur. 2013 – 2014-cü  illərdə həqiqi müddətli hərbi xidmətdə olmuşdur. 2016 – cı ildə magistr təhsilini bitirmişdir.  Hal- hazırda Naxçıvan Universitetində işləyir.