“Naxçıvan” Universitetinin Xarici dillər fakültəsinin və Pedaqogika və psixologiya kafedrasının birgə təşkilatçılığı ilə “Gənclərin seçim azadlığı” mövzusunda tələbələr arasında diskussiya keçirilib. Diskussiyada müəllimlər keçirilən diskussiyanın əhəmiyyətindən danışmışlar. Bildirilmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi ilk dövrlərdən gənclərin himayədar olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ölkəmizdə aparılan gənclər siyasəti bu gün də öz müsbət nəticələrini verməkdədir. Ulu öndər gənc nəslə öz qayğısını əsirgəməmiş, gənclərin ictimai-siyasi həyatda fəal iştirak etməsini, onların sosial ehtiyaclarını, yüksək səviyyədə təhsil almalarını, asudə vaxtlarını səmərəli keçirmələrini, hüquqlarının müdafiəsini, ümumiyyətlə gənclərin hərtərəfli inkişafını təmin etmişdir. O da vurğulanmışdır ki, bu gün gənclərin hərtərəfli inkişafına, onların seçim azadlığına hər cür şərait yaradılıb. Gənclər də çalışmalıdır ki, yaradılan şəraitdən istifadə edə bilsinlər.