“Naxçıvan” Universitetinin iqtisadiyyat kafedrasının müdiri Dilsuz Qasımovun 70 illik yubileyi münasibətilə ali təhsil ocağında tədbir keçirilib. Tədbiri giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq yubliyarıtəbrik etmiş, ona yeni-yeni uğurlar arzulamışdır. Rektor bildirmişdir ki, Dilsuz Qasımov 1949-cu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında (indiki Babək rayonu) Sirab kəndində anadan olmuşdur. 1961-ci ildə Sirab kənd səkkiz illik, 1965-ci ildə Leninabad (indiki Kərimbəyli) kənd orta məktəbini bitirmişdir. 1971-ci ildə Azərbaycan Kənd Təssərrüfatı İnstitutunu bitirərək alim-aqronom ixtisası, 1981-ci ildə Bakı Ali Partiya Məktəbini bitirərək ali iqtisadi-siyasi təhsil almışdır. 1991-ci ildə Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitunun aspiranturasını bitirmiş, 1993-cü ildə AMEA–nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda disertasiya müdafiə edərək kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, 2013-cü ildən dosentdir. Azərbaycanın müstəqillik dövrünədək Naxçıvan MR partiya, sovet, təsərrüfat orqanlarında rəhbər vəzifələrində çalışmışdır. 1991-1993-cü illərdə AMEA-nın Genetika və Seleksiya İnstitutunda baş elmi işçi,1993-1994-cü illərdə Naxçıvan MR Bitki Mühafizə Stansiyasında aparıcı mütəxəssis, 1994-1995-ci illərdə Naxçıvan MR Ali Məclisinin iqtisadi qanunvericilik şöbəsində referent,1995-1996-cı illərdə Naxçıvan MR Kənd Təsərrüfatı və Ərzaq Nazirliyində əkinçilik şöbəsinin rəisi,1996-2006- cı illərdə Babək rayon Şəkərçilik Şirkətinin direktoru vəzifələrində çalışmışdır.2005-2006-cı illərdə NDU-nun “İqtisadiyyat və tənzimləmə” kafedrasının saat hesabı müəllimi,2007- ci ildə tam ştatla müəllimi,2010-cu ildən baş müəllim, 2011-ci ildən dosent əvəzi, 2013-cü ildən dosent vəzifəsində işləyir. Eyni zamanda 2008-ci ildən NÖU-nin “İqtisadiyyat” kafedrasında yarım ştat hesabı ilə müəllim, 2009-cu ildən tam ştatlı müəllim, 2010-cı ildən baş müəllim olaraq çalışmış, 2012-ci ildən NÖU-də “İqtisadiyyat” kafedrasının müdiri olmaqla “Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi”, “Firmanın iqtisadiyyatı” və “Əməyin iqtisadiyyatı” fənnlərini tədris edir. 35 elmi əsərin o, cümlədən kitab, dərs vəsaiti, metodik vəsait və fənn proqramlarının müəllifidir.O da vurğulanmışdır ki, D.Qasımov “Kəhriz sistemləri”, “Kəhriz sistemlərinin sosial iqtisadi səmərəliliyi”, “Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi”, “Aqrar sahənin inkişafının regional problemləri” və digər kitabların müəllifidir.
Sonda yubliyar ona yaradılan şəraitə, göstərilən qayğıya minnətdarlıq etmişdir.
Bizimlə əlaqə:
Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi