Cek Londonun "Həyat eşqi" kitabının onlayn müzakirəsi keçirilib

  "Naxçıvan" Universitetinin Elmi kitabxanasında "Oxunması zəruri olan kitabların siyahısı"nda yer alan Amerika yazıçısı Cek Londonun "Həyat eşqi" kitabının onlayn müzakirəsi keçirilib. Kitabxananın direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Aypara Behbudova XX əsr Amerika ədəbiyyatının realist yazıçısı Cek Londonun yaradıcılığına nəzər salıb. Bildirib ki, ağır həyat sürmüş yazıçı 50 roman və 200-dən artıq hekayənin müəllifidir. Onun əsərlərinin materialları əsasında 50-dən artıq film çəkilib.

Universitetin "Azərbaycan dili və ədəbiyyat" kafedrasının müdiri, dosent Nüşabə Məmmədova gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi və dünyagörüşlərinin artırılmasında önəmli rolu olan "Oxunması zəruri olan kitablar haqqında" Sərəncamının əhəmiyyətindən bəhs edərək, tövsiyə olunan nəşrlər sırasında Azərbaycanın klassik və müasir ədəbiyyatı ilə yanaşı, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin də yer aldığını bildirib.

Daha sonra tələbələrin iştirakı ilə əsərin müzakirəsi aparılıb.