Bu gün Naxçıvan şəhərindəki “Gənclik Mərkəzi”ndə “10-17 noyabr Beynəlxalq Tələbə Gənclər Həftəsi” ilə əlaqədar muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr arasında “Azərbaycanı tanı” intellektual oyunu keçirilmişdir. Oyunun keçirilməsində məqsəd əcnəbi tələbələrə xəritə vasitəsilə Azərbaycanın tanıdılması, onların intellektual səviyyəsinin yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili və Beynəlxalq Tələbə Gənclər Həftəsinin qeyd olunmasıdır. İştirakçılar oyunda pazl şəkilində olan Azərbaycanın coğrafi xəritəsini daha tez yığmaq üçün yarışmışlar.
Yekun nəticəyə əsasən “Naxçıvan” Universitetinin tələbələri arasında Tarri Richard I yerə, Pere Richard II yerə, Ariful İslam III yerə çıxmışlar. Qaliblər 16 noyabr 2018-ci il tarixdə “Gənclik Mərkəzi”ndə keçirilmiş mükafatlandırma mərasimində mükafatlandırılandırılmışdır.
Yarış Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir. Oyunda 20 nəfər əcnəbi tələbə iştirak etmişdir.