Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə bağlı hazırlanmış tədbirlər planı çərçivəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin Siyasi məsələlər şöbəsinin müdiri Nadir Cəfərov “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin Beynəlxalq Münasibətlər ixtisasında təhsil alan tələbələr ilə görüş keçirilib.
Görüş zamanı İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının əhəmiyyətindən danışıb. Qeyd edilib ki, ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi bilikli və təcrübəli gənc kadrların hazırlanmasına böyük imkanlar yaradacaqdır.
Daha sonra Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin Siyasi məsələlər şöbəsinin müdiri Nadir Cəfərovun “Azərbaycan Respublikasının diplomatik xidmətinin formalaşması və yüz illik inkişaf tarixi” mövzusunda çıxış edib.
Sonda tələbələrin sualları cavablandırılıb.