"Naxçıvan" Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasında "Əxilik və intibah dövrü" mövzusunda elmi-nəzəri seminar keçirilib.
Tədbiri giriş sözü ilə ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq intibah dövrünün ədəbiyyatımızdakı xüsusi rolundan danışmışdır.
Daha sonra universitetin elmi katibi, dosent Əli Həşimovun "Əxilik və intibah dövrü" mövzusunda çıxışı dinlənilib.
Bildirib ki, XIV-XVI əsri əhatə edən Avropa İntibah Dövrünə məhz X-XII əsrləri əsrlərdə meydana gələn Müsəlman İntibah Dövrü zəmin yaratmışdır. Bir-biri ilə zəncirvari əlaqədə olan dünya mədəniyyət xəzinəsində hər iki qütbün mədəniyyətləri xüsusi əhəmiyyətə malikdir. İslamda sufi təriqətlərindən biri hesab edilən əxilik XI-XV əsrlərdə Azərbaycanda da geniş yayılaraq təbliğ olunmuşdur.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, seminar iştirakçılarının sualları cavablandırılıb.