Naxçıvanda keçirilən “Avropa günləri”nin iştirakçısı olan Avropa İttifaqının rəsmiləri, Avropa ölkələrinin Azərbaycandakı səfirləri və digər qonaqlar “Naxçıvan” Universitetində olmuşlar. Universitetin konfrans zalında qonaqlarla görüş keçirilmişdir.
Ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev qonaqları salamlamış, universitetin keçdiyi inkişaf tarixindən ətraflı bəhs etmişdir.
Bildirilmişdir ki, “Naxçıvan” Universiteti 1999-cu ildə təsis edilmiş, müasir infrastruktura və yüksək texniki təchizata malik özəl ali təhsil müəssisəsidir. Hazırda universitetdə 1000-dən artıq tələbə təhsil alır. Universitet dünyanın 50-dən yuxarı ali təhsil müəssisəsi ilə müxtəlif səviyyələrdə əməkdaşlıq edir.Belə ki, Avropa İttifaqının maliyələşdirdiyi bir sıra beynəlxalq layihələrdə partnyor universitet kimi iştirak edir. Erasmus Plus xətti ilə AESOP və EQAC layihələri Tempus xətti ilə ENOTE və COMOLTE layihələri icra edilib. Rumıniyanın Pteşti Universiteti ilə Erasmus Plus çərçivəsində tələbə-müəllim mobilliyi istiqamətində əməkdaşlıq edir. Rektor onu da bildirmişdir ki, keçən il universitetin 4 müəllimi həmin universitetdə kurs keçmişlər. İsveç Erasmus Plus EQAS layihəsi çərçivəsində universitetin iki əməkdaşı Kral Texnologiya İnstitutu və Upsala universitetində olmuşlar. Bundan başqa, Avstrya Erasmus Plus AESOP layihəsi çərçivəsində universitetin iki əməkdaşı Vyana tələbə ombudsman aparatının təşkil etdiyi treninqlərdə iştirak etmişdir. Həmçinin Almaniyanın Ludvik Maksimillians universitetinin koordinatorluğunda COMOLTE layihəsinə partnyor universitet kimi qoşulmuşdur. Rektor onu da qonaqların diqqətinə çatdırmışdır ki, Macarıstan Kornivus universiteti ilə də ikili əməkdaşlıq əlaqələri qurulmuşdur. Hazırda Macarıstanın Pets Universitetində bir tələbə magistr təhsili alır.
Sonra Rumıniya, İsveç, Avsrtiya, Danimarka, Hollandiya, Almaniya və Böyük Britaniya krallığının səfirləri ölkələrin təhsili, coğrafiyası,mədəniyyəti barədə məlumat vermiş, tələbləri maraqlandıran sualları ətraflı cavablandırmışlar.
Sonda qonaqlar universitetin keçdiyi inkişaf yolunu əks etdirən vidoçarxa baxmış və xatirə şəkli çəkdirilmişdir.