Amerika Birləşmiş Ştatlarından gələn mütəxəssislər Jack Morris və İan Bernetin tərəfindən “Naxçıvan” Universitetində “Təhsildə keyfiyyətə nəzarət sistemlərinin inkişaf etdirilməsi” mövzusunda treninq keçirilib.
Treninqi giriş sözü ilə açan ali təhsil ocağının Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Rəcəb Cəfərli treninq haqqında məlumat verib. Bildirib ki, treninqin məqsədi keyfiyyətə nəzarət mexanizminin və mərkəzlərinin yaradılması, universitet heyətlərinin şöbə və onun funksiyası haqqında məlumatlanması, onlayn platformanın yaradılması, keyfiyyətə nəzarət sistemlərinin inkişaf etdirilməsidir.
Vurğulanıb ki, universitetin boloniya prosesinə qoşulması və çoxpilləli təhsil sisteminə keçilməsi ilə əlaqədar Almaniyanın, ABŞ-ın, Türkiyənin və başqa ölkələrin qabaqcıl universitetləri və elmi mərkəzləri ilə sıx əlaqələr qurmuş və əməkdaşlığı daim genişləndirir. Ümumavropa təhsil layihələrində (TEMPUS, Erasmus, COMOLTE) universitetin əməkdaşları fəal iştirak edirlər.
Treninq zamanı mütəxəssislərlə xarici dilin öyrənilməsi zamanı yaranan problemlər və xarici dilin öyrənilməsini asanlaşdırılması qaydaları da müzakirə edilib.