AMEA Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyla tələbələrin onlayn görüşü keçirilib

  AMEA Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyla tələbələrin onlayn görüşü keçirilib. "Naxçıvan" Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının təşəbbüsü ilə AMEA Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyla Pedaqoji fakültənin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının I kurs tələbələrinin onlayn görüşü keçirilib. Onlayn görüşdə "Naxçıvan" Universitetinin elmi katibi, dosent Əli Həşimli, Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Nüşabə Məmmədova və kafedranın müəllimləri iştirak edib. Professor Seyfəddin Rzasoy "Mifin tarixi və genezisi" mövzusunda mühazirə ilə çıxış edib. Mühazirə tələbələrin marağına səbəb olub. Sonda tələbələrin sualları cavablandırılıb.