“Naxçıvan” Universitetinin “Pedaqoji” və “Xarici dillər” fakültələrinin əyani şöbə üzrə təhsil alan tələbələrinin 2018-2019-cu tədris ilinin payız semestrində keçəcəkləri pedaqoji təcrübəyə həsr olunmuş başlanğıc konfransı keçiirilib. Konfransı giriş sözü ilə universitetin tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu açaraq bildirib ki, pedaqoji təcrübə tələbələrin ali təhsil zamanı aldıqları nəzəri bilikləri tətbiq etmələri, pedaqoji mühitə uyğunlaşmaları, pedaqoji prosesi dərindən mənimsəmələri baxımından mühüm əhəmiyyət kəsb edir.
Prorektor tələbələrə ümumtəhsil məktəbləri ilə əməkdaşlığın möhkəmlənməsinə, yüksək ixtisaslı kadr hazırlığına xidmət edəcək pedaqoji təcrübə zamanı məsuliyyət və nizam-intizamın vacib amil olmasından bəhs edib, dərslərin informasiya-kommunikasiya texnologiyaları vasitəsilə keçilməsi, tərbiyəvi tədbirlərin təşkili ilə bağlı tövsiyələrini çatdırıb.
O da vurğulanıb ki, Pedaqoji təcrübə bütövlükdə təhsil müəssisəsi professor-müəllim heyətinin müəyyən mərhələ üzrə elmi-pedaqoji əməyinin nəticələrini aşkarlayacaq bir vasitədir. Növbəti pedaqoji təcrübə də, gənclərin, qocaman pedaqoqların zəngin və nümunəvi iş təcrübələrini öyrənmələri, eləcə də gələcəyin mükəmməl pedaqoqları kimi yetişmələri baxımından öz bəhrəsini verəcəkdir.
Sonra pedaqogika və psixologiya kafedrasının müdiri Nəzakət Yusifovanın, metodist Tural Paşayevin çıxışları dinlənilib.
Bildirilib ki, ümumilikdə 112 nəfər tələbə Heydər Əliyev adına tam orta məktəbdə, 8 nömrəli tam orta məktəbdə və 15 nömrəli tam orta məktəbdə 7 həftəlik təcrübə keçəcəklər. Çıxışlarda o da vurğulanıb ki, təcrübə zamanı ixtisas metodistləri mütəmadi olaraq məktəblərdə olmalı, tələbələrə lazımi tövsiyyələr verməli, dərslərdə iştirak etməli və sınaq dərsin müzakirəsini təşkil etməlidirlər. Tələbələr təsdiq olunmuş cədvəl üzrə dərsə başlamazdan əvvəl ən azı bir gün əvvəl icmalları hazırlamalı, ixtisas metodisti və fənn müəllimi tərəfindən yoxlanılıb razılıq verildikdən sonra dərsi tədris etməlidirlər.
Konfransa Hüseyn Bağırsoylu yekun vurub