“Naxçıvan” Universitetinin Xarici dillər fakültəsində Mister Hemferin “Xatirələri” (İngilis casusunun etirafları) və Qurban Səidin “Əli və Nino” romanının müzkirəsi keçirilimişdir.
Tədbiri giriş sözü ilə fakültənin dekanı Yasin Babazadə açaraq gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın formalaşdırılmasına xidmət edən “Oxunması zəruri olan kitablar haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il avqustun 28-də imzaladığı Sərəncamın mahiyyəti barədə məlumat verib.
Yasin Babazadə bildirib ki, mütaliə insanın daxili aləminin zənginləşdirilməsində, dünyagörüşünün düzgün formalaşdırılmasında, nitq qabiliyyətinin inkişaf etdirilməsində mühüm əhəmiyyət daşımaqla yanaşı, həm də müsbət insani və iradi keyfiyyətlərin yaradılmasında böyük rol oynayır. Bu dövlət sənədinin imzalanması gənclərdə mütaliəyə olan marağın artmasına, onlarda bədii zövqün formalaşmasına mühüm təsir edəcək.Sonra tələbələr fikirlərini bildirmiş, onları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.