14 sentyabr 2018-ci il tarixində Universitetin "Ümumi tarix" və "Beynəlxalq münasibətlər" kafedralarının iclası keçirilmişdir.
Kafedra əməkdaşları ilə yeni tədris ilinə hazırlığın vəziyyəti müzakirə olunub.
"Ümumi tarix" kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Mehman Şabanov yeni tədris ilində qarşıda duran vəzifələr, görüləcək işlər haqqında kafedra əməkdaşlarına məlumat vermişdir. Bildirilmişdir ki, "Naxçıvan" Universitetində yaradılmış hərtərəfli şərait bizləri daha məsuliyyətli olmağa çağırır. Çalışmalıyıq ki, həmişə olduğu kimi, bu tədris ilində də üzəriizə düşən vəzifələrin öhdəsindən layiqlə gələk.
Qeyd olunmuşdur ki, bu tədris ili üçün müəllimlərin dərs bölgüləri tamamlanmış, bütün müəllimlərin dərs cədvəlləri tənzimlənmişdir.
Sonra kafedrada yeni fəaliyyətə başlayan müəllimərə lazımı tövsiyyələr verilmişdir.