EQAC ERASMUS + layihəsinin Naxçıvan Dövlət Universitetində təqdimatı keçirilib

     “Naxçıvan” Universitetinin tərəfdaş olduğu EQAC ERASMUS + layihəsinin Naxçıvan Dövlət Universitetində təqdimatı keçirilib. Tədbir zamanı çıxış edən “Naxçıvan” Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli layihənin məqsədi haqqında məlumat verib. Bildirib ki, EQAC layihəsi tələbə yönümlü təhsil proqramlarının yeni standartlara uyğun yazılması, tələbələrlə iş və tələbəyə dəstək və s. kimi konsepsiyaları özündə birləşdirir.

     Daha sonra çıxış edən “Naxçıvan” Universitetinin Xarici dillər kafedrasının müəllimi Könül Babayeva QPR proqramı barədə məlumat verib. Universitetin keyfiyyətə təminatı sisteminin  funksiyalarının necə işləndiyini əyani olaraq nümayiş etdirib.

     Qeyd edib ki, keyfiyyətə nəzarət mexanizminin və mərkəzlərinin yaradılması, universitet heyətlərinin şöbə və onun funksiyası haqqında məlumatlanması, onlayn platformanın yaradılması, keyfiyyətə nəzarət sistemlərinin inkişaf etdirilməsidir.