“Naxçıvan” Universitetinin Tələbə Gənclər Təşkilatının yeni uğuru

  10 oktabr tarixində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin birinci kursunda təhsil alan tələbələrlə “Gələcəyə doğru” adı altında görüş keçirilib. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkil etdiyi görüş Naçxıvan şəhərindəki “Gənclik Mərkəzi"ndə təşkil olunub.

Görüşdə muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin Tələbə Gənclər Təşkilatları arasında keçirilən “İntellekt döyüşü” adlı layihədə “Xəmsə”, “Poliqon”, “Axtar Tap” və “Nə? Harada? Nə zaman?” İntellektual oyunları üzrə qalib olan komandaların mükafatlandırma mərasimi keçirilib. “İntellekt döyüşü” adlı layihədə II yeri tutmuş “Naxçıvan” Universitetinin Tələbə Gənclər Təşkilatının üzvləri və təşkilatın sədri Zakir Məmmədov diplom və hədiyyələrlə təltif olunmuşlar.