“Naxçıvan” Universitetinin müəllimi 4 nömrəli tam orta məktəbdə “Naxçıvan ədəbi mühiti” mövzusunda nümunəvi dərs keçib

 “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2015-ci il 14 mart tarixli Sərəncamına əsasən təşkil olunan nümunəvi dərslər ölkəmizin intellektual gələcəyi naminə atılan məqsədyönlü addımdır. Qeyd edək ki, ali təhsil müəssisələri, elm ocaqları tərəfindən bu cür dərslərin keçirilməsi artıq ənənə halını alıb.

  Növbəti belə dərs universitetin “Azərbaycan dili və ədəbiyyat” kafedrasının müdiri, dosent Nüşabə Məmmədova tərəfindən 26 aprel tarixində keçirilib. Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbində “Naxçıvan ədəbi mühiti” mövzusunda keçirilən dərs şagirdlər tərəfindən maraqla qarşılanıb.

 Naxçıvan ədəbi mühiti, onun görkəmli nümayəndələri və.s. haqqında ətraflı məlumat verən dosent, sonda şagirdləri maraqlandıran suallara da aydınlıq gətirib.