“Naxçıvan” Universitetinin “Riyaziyyat və informatika ”kafedrasının 1 iyun 2020-ci il tarixində onlayn iclası keçirilib. İclasda “Naxçıvan” Universitetinin “Riyaziyyat və informatika” kafedrasının müdiri Səfa Əliyev, Pedaqoji fakültənin dekan müavini Nazim Mahmudov və kafedranın əməkdaşları iştirak edib.
  Onlayn iclası açan kafedranın müdiri Səfa Əliyev ölkədə COVID-19 pandemiyasının yayılmasının qarşısının alınmasına yönəlmiş tədbirlərin əhəmiyyətindən danışıb.
Kafedra müdiri gündəlikdə duran məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.
İclas zamanı keçiriləcək semester imtahanları haqqında məlumat verilib və müəllimlər imtahan cədvələri ilə tanış edilib. 
Pedaqoji fakültənin dekan müavini Nazim Mahmudov imtahan sessiyasının keçirilməsi ilə bağlı qəbul edilən yeni qaydalarla müəllimləri tanış edib.