Humanitar elmlər fondu və oxu zalı

Humanitar elmlər zalında 16  nəfərlik oxucu yeri var. Burada 3700 nüsxə ədəbiyyat yerləşdirilib. Bunlardan 2950 nüsxə Azərbaycan dilində, 750  nüsxəsi isə müxtəlif dillərdədir. Oxucular zalda əlifba və sistemli kataloqlardan istifadə edir. Hər il zalın fondu oxucu sorğularına uyğun olaraq yeni ədəbiyyatlarla zənginləşdirilir. Bu zal Azərbaycan, Rus, Qərbi Avropa xalqlarının tarixini, iqtisadiyyatını, hüquq tarixini, qanunvericilik bazasını, mədəniyyətini öyrənən və tədqiq edən tələbə və müəllimlərə, elmi işçilərə, aspirantlara və b.  xidmət göstərir. Eyni zamanda, bu zalda “Naxçıvan” Universitetinin rektoru, pedaqoji elmlər doktoru, professor İsmayıl Əliyevin şəxsi kitab  kolleksiyası qorunub saxlanılır.