Elektron kitabxana

 1999-cu ildən fəaliyyətə başlayan “Naxçıvan” Universitetinin Elmi Kitabxanası universitetin aparıcı struktur bölmələrindən biri olub çap əsərlərini və digər informasiya daşıyıcılarını toplayıb, mühafizə edən, onların sistemli  istifadə­sini təşkil edən, muxtar respublikada elmi kadrların hazırlanmasında xüsusi rol oynayan elmi mərkəzdir.
Dövlətimizin  qayğısı sayəsində 2015-ci ildə  “Naxçıvan” Universitetinin  Elmi Kitabxanası üçün  yeni dördmərtəbəli  bina inşa edilmiş, maddi- texniki bazası möhkəmləndirilmiş, fondu  yeni ədəbiyyatlarla zənginləşdirilmiş, beynəlxalq əlaqələri genişləndirilmiş  və  demək  olar ki, kitabxananın tarixində yeni inkişaf mərhələsi başlamışdır.
“Naxçıvan” Universitetinin Elmi Kitabxanası dünya elmindən, dünya kitabxana təcrübəsindən bəhrələnərək oxuculara yüksək səviyyədə xidmət göstərir. Hazırda kitabxanada hər cür texniki avadanlıqlarla təchiz edilmiş, müxtəlif elm sahələri üzrə qruplaşdırılmış 8 fond və 8 oxu zalı,  şöbələrin hər birində yerləşdirilmiş komputer və surətçıxarma aparatları və 1 ədəd idarəedici serverlə təmin olunmuş 18 yerlik elektron resurslar zalı və konfrans zalı var. Fond və oxu zalları elm sahələri üzrə ixtisaslaşdırılmış və ayrıca mərtəbələrdə yerləşir.
Kitabxananın  fondunda  müxtəlif  dillərdə 15.000-dən artıq ədəbiyyat saxlanılır. Kitabxana  həm  respublika,  həm  də  xarici  ölkələrin   universitet və kitabxanaları   ilə beynəlxalq  informasiya  mübadiləsi  aparır.
2015-ci ildən kitabxanada avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqinə başlanılmışdır. Buraya elektron kataloqun tərtibi, elektron kitabxananın təşkili, oxucuların qeydiyyatı, kitab verilişi, kitab fondunun komplektləşdirilməsi, yəni bütün kitabxana proseslərinin avtomatlaşdırılması modulları daxildir. Artıq avtomatlaşdırma işinə kitabxananın ən vacib sahəsi olan elektron kataloqun tərtibindən başlanılmışdır. Elektron kataloqla yanaşı, kitabların elektron versiyaları da hazırlanıb oxucuların istifadəsinə verilir.
“Elektron informasiya xidməti zalı”nda qlobal İNTERNET şəbəkəsi yaradılmışdır ki, burada yerləşdirilən 18 ədəd  komputer dəsti  pulsuz olaraq  universitet  əməkdaşlarına xidmət edir, eyni  zamanda informasiya  texnologiyalarının tətbiqinə dair kitablarla da oxucuları məlumatlandırır.
Saytda kitabxananın tarixi, strukturu, keçirilən və keçiriləcək tədbirləri, beynəlxalq əlaqələri, fəaliyyətinin əsas istiqamətləri, dünya kitabxanaları  və s. haqqında məlumatlar əks olunmuşdur.
Tələbələri kitabxanaya cəlb etmək və asudə vaxtlarını səmərəli keçirmək  üçün kitabxananın birinci mərtəbəsində  “Tələbə Elmi Cəmiyyəti”,   “Şahmat zalı”, “ Gənclər mərkəzi”  kimi geniş otaqlar  təşkil edilmiş və lazımi avadanlıqlarla təchiz olunmuşdur. Burada tələbələr dəyirmi masalar, disputlar, seminarlar  və kitab müzakirələri aparır.
Ümumiyyətlə, “Naxçıvan” Universitetinin Elmi Kitabxanası dünya informasiya mərkəzləşmiş kitabxana şəbəkələrinə qoşularaq, zəngin mütərəqqi ənənələrə, ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq bundan sonra  daha da inkişaf edəcək.

Fond və oxu zalları

       1.  Humanitar  elmlər  fondu və oxu zalı
       2. Dəqiq və texniki elmlər fondu  və oxu zalı
       3. Filologiya elmləri fondu və oxu zalı
       4. Xarici və dini  ədəbiyyat fondu və oxu zalı
       5. Dövri mətbuat fondu  və oxu zalı
       6. Dissertasiya və avtoreferat fondu və oxu zalı
       7. Depozitar fond və oxu zalı
       8. Məlumat nəşrləri fondu və oxu zalı
       9. Elektron  informasiya xidməti zalı (III mərtəbənin hər birində)

KİTABXANADAN  İSTİFADƏ  QAYDALARI 

- Kitabxana  “ Naxçıvan”  Universitetinin bütün əməkdaşları üçün açıqdır və ondan istifadə pulsuzdur;

- Kitabxanadan istifadə edən oxucu şöbənin işçisinə şəxsiyyət vəsiqəsini təqdim edib, “Oxucu formulyarı”nda göstərilən sualları cavablandırandan sonra kitabxanaya üzv olur;

-Şəxsiyyət vəsiqəsi olmayan (tələbə bileti və qiymət kitabçası götürülmür) oxucuya evdə istifadə etmək üçün kitab verilmir;

-Oxucu biletini itirən şəxs dərhal  “Qeydiyyat və xidmət” şöbəsinə müvafiq ərizə ilə müraciət etməlidir və yalnız bundan bir  həftə sonra yeni oxucu bileti ala bilər;

-Oxucu biletini başqa şəxsə vermək qadağandır. Belə hal baş verərsə, həmin oxucu kitabxanadan istifadə etmək hüququndan məhrum olunur;

- Oxumaq üçün alınmış ədəbiyyatı başqa şəxsə vermək və ya  kitabxanadan  kənara çıxarmaq  olmaz ;

- Oxucunun fonda girməsi və icazəsiz kitab götürməsi qadağandır;

- Oxu zalında mobil telefondan istifadə etmək olmaz ;

- Kataloq və kartotekalardan nəzakətlə istfadə olunmalıdır. Onların kartoçkalarını yazmaq, cırmaq, çıxarmaq və kənara aparmaq olmaz;

- Hər bir oxu zalının fondundan alınan ədəbiyyatdan yalnız həmin zalda istifadə etmək olar;

-Dissertasiya və nadir fondda mühafizə olunan  bəzi  ədəbiyyatların surətlərinin çıxarılması qadağandır ;

- “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 115 nömrəli Fərmanına əsasən kitabxana fondlarına məxsus çap əsərləri itirilmişsə, yararsız vəziyyətə salınmışsa, həmin əsəsrlər başqa müvafiq çap əsərləri ilə əvəz edilməli, yaxud da çap əsəri və digər matrealların qaytarılması, dəyişdirilməsi mümkün olmadıqda, o kitabın qiymətinin 10 misli həcmində pul ödənilməlidir ki, itirilmiş kitabın əvəzinə başqa   kitab alınsın;
Kitabxanadan yalnız bu istifadə qaydalarına riayət edən  oxucular  istifadə  edə bilərlər.

XİDMƏT

NU Elmi Kitabxanasına üzv olmaq üçün oxucular aşağıdakı sənədləri təqdim etməlidir:

-şəxsiyyəti təsdiq edən sənəd

-  tələbə bileti

-oxucu bilet

Oxuculara xidmət:

Fərdi abonementdən  “Naxçıvan” Universitetinin bütün işçiləri istifadə edə bilər. Buradan eyni vaxtda:

akademik və müxbir üzvlərə - 10 nüsxə

elmi işçilərə - 5 nüsxə

tələbələrə - 3 nüsxədən artıq ədəbiyyat verilmir
Digər ali məktəb tələbə və müəllimləri kitablardan yalnız kitabxananın oxu zalında istifadə edə bilər.

Fərdi abonementlə verilmir:

 • məlumat xarakterli nəşrlər (lüğət,ensiklopediya və s.)

 • nadir kitablar, qiymətli nəşrlər

 •  avtoreferat və dissertasiyalar

 • dövri mətbuat nümunələri

-Oxu zallarının xidmətindən bütün oxucular istifadə edə bilər.

-Kitabxanaya borcu olan və oxucu biletini təqdim etməyən oxuculara xidmət edilmir.

-Kitabxana ümumi və ixtisaslaşdırılmış 11 oxu zalı vasitəsilə oxuculara xidmət edir.

Elektron oxu zalında 18 ədəd kompüter dəsti oxucuların ixtiyarına verilərək aşağıdakı  formada xidmət göstərir.

-İnternet vasitəsilə elektron kitabxanadan istifadə

-Kitabxana daxilində elektron kitabxanadan istifadə

-Elektron Kitabxanadakı kitabları oxuya bilmək üçün istifadəçinin komputerində Adobe Reader proqramının olması vacibdir. Çünki bu proqram olmadan elektron kitabların açılması mümkün deyil. Bunları nəzərə alaraq biz ehtiyacı olanlar üçünsaytımızın Elektron Kitabxana səhifəsində adı çəkilən proqramı yükləmələri üçün imkanlar yaratmışıq. İstifadəçilərin bu proqramı yükləmələri üçün səhifənin aşağı (ortadan) hissəsində yerləşdirilmiş Adobe Reader proqramının kiçik şəkillərindən istifadə etmək (onlara tıklamaq və s...) lazımdır.

-Elektron Kitabxananın elektron kitabları saytımızın həm əlifbaya uyğun (müəllifin soyadına görə əlifba, əgər müəlliflər toplu olarsa, sərlövhəyə görə əlifba), həm də müvafiq elm sahəsinə uyğun səhifələrdə Elektron Məlumat Bazasılarında  yerləşdirilir.

-Elektron qəzet və jurnallar isə Elektron Kitabxananın “Dövri və ardı davam edən nəşrlər” adlı Elektron Məlumat Bazasısında yerləşdirilir.

-“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müəllifin razılığı (ərizəsi) olmayan elektron kitablardan, o cümlədən, nəşr ilinə, ölkə üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə, nadir nüsxələr yalnız  elektron kitabxananın Lokal şəbəkədən istifadə üzrə elektron  oxu zalında istifadə etmək olar.

 Kitabxananın işçi  heyəti

1. Aypara Novruz qızı Behbudova - direktor, filologiya üzrə fəlsəfə doktoru, dosent
2. Səbinə Süleyman qızı Qasımova - baş kitabxanaçı
3. Nübar Temiral qızı Səfərli - biblioqraf
4. Ülviyyə  Zeynal qızı Həsənova - biblioqraf
5. Lamiyə İnşallah qızı Əliyeva - kitabxanaçı
6. İnci  Qədir qızı Qədirzadə - kitabxanaçı

İş rejimi

Kitabxana bazar günü istisna olmaqla, şənbə günü saat 09:00-dan 16:00-dək, digər günlər isə saat 09:00-dan 19:00-dək işləyir.

ELANLAR

Əziz Müəlliflər! Siz öz əsərlərinizi bizim Elektron Kitabxanda görmək istəyirsinizsə, zəhmət olmasa, kitablarınızın elektron variantını aşağıdakı e-mail ünvanına göndərin: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır..