Yusif Səfərov

Yusif Səfər oğlu Səfərov 1951-ci ildə Culfa rayonunun  Bəyəhməd kəndində anadan olmuşdur. 1958-1966- ci illərdə Əbrəqunus kənd internat məktəbində təhsil almışdır. 1972-ci ildə  Naxçıvan Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisasına daxil olmuş, 1976-cı ildə isə həmin institutu bitirmişdir. 1976-ci ildə Culfa rayonu, Bəyəhməd kənd orta məktəbində direktor, müəllim vəzifələrində çalışmışdır. 03.01.1983-cü il tarixdə Azərb. EA Naxçıvan Elm Mərkəzində Elmi işçi, böyük elmi işçi, şöbə müdiri vəzifələrində çalışmışdır. 19.02.2002-ci il tarixində Naxçıvan MR Mərkəzi kitabxanasında direktor, ali məktəbdə dosent vəzifələrində çalışmışdır. 23.09.2009 -cu il tarixdə AMEA Naxçıvan bölməsi, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi və ali məktəbdə dosent vəzifələrində çalışmışdır. 8 kitab, o cümlədən 3 monoqrafiya, 160-dan çox elmi, elmi-metodik, ədəbi-tənqidi, publisistik məqalə, 1 ali məktəb dərsliyi və 2 proqramın müəllifidir. 1987-ci ilin iyun ayında “Azərbaycan folklorunun bədii özünəməxsusluğu və təsnifi”  mövzusunda namizədlik dissertasiya  müdafiə etmişdir. 2007-ci ilin dekabrında “Azərbaycan folklorunda tarixilik və etnik poetik yaddaş” mövzusunda doktorluk  dissertasiyası  müdafiə etmişdir.  Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Yazıçılar birliyinin üzvüdür. 2014-cü ilin dekabr ayından professor elmi adına layiq görülmüşdür. Ailəlidir. İki övladı var.

Elmi  əsərlərinin siyahısı

Monoqrafiyalar, kitablar, dərslik və proqram

1. Azərbaycan folklorunda tarixilik. Bakı, Elm, 2005, 240 s.
2. Azərbaycan folklorunun poetik xüsusiyyətləri, Bakı, 2008, 129 s.
3. Naxçıvan aşıq ədəbi mühiti, Bakı, Elm, 2009, 138 s.
4. Naxçıvan aşıq mühiti, Naxçıvan, Əcəmi, 2009, 132 s.
5. Əsərləri, 5 cilddə, I c., Naxçıvan, Əcəmi, 2010, 232 s.
6. Naxçıvan aşıqları və el şairləri. Naxçıvan, Əcəmi, 2011, 152 s.
7. Azərbaycan folkloru antologiyası, Naxçıvan folkloru, Naxçıvan, Əcəmi, 2011, 495 s. (şırikli)
8. Azərbaycan uşaq folkloru. Ali məktəblərin pedaqoji fakültələri üçün dərslik,  Naxçıvan, Əcəmi, 2014, 120 s.
9. Azərbaycan uşaq folkloru. Ali məktəblərin pedaqoji fakültələri üçün dərslik proqramı. Naxçıvan, Əcəmi, 2014, 12 s.
10.Azərbaycan folklorunda “Nuhun tufanı” və Ağrıdağ əfsanələri, 24-26 haziran 2008 –ci il tarixdə keçirilmiş Uluslararası Türk kültüründə Ağrı dağı simpoziumunun məruzələri, Ankara, 2008, s. 87-96
11. Naxçıvanda “Nuhun tufanı” ilə bağlı əfsanələr. Beynəlxalq konfransın materialları, Naxçıvan, Tusi, 2009, 12 s.
12.Yunis İmrənin xələfi Ululu Kərim, Nizamidən Yunis İmrəyə Kamal Atatürkdən Heydər Əliyevə uzanan sevgi və barış yolu simpoziumu bilgiləri(11-12 Eylül 2009 / Naxçıvan-Azərbaycan), Ankara, 2010, s. 96-102
13.Naxçıvanda “Nuhun tufanı” və Ağrıdağ əfsanələri, Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan (24-25 aprel 2009-cu ildə keçirilmiş beynəlxalq simpoziumun materialları). Naxçıvan, Əcəmi, 2010, s. 78-86
14.Ordubadlı iki sənətkarın izi ilə, “Folklor və etnoqrafiya” beynəlxalq elmi jurn., Bakı. 2010, № 1, s. 28-34
15. Söz ehtiyatını neçə zənginləşdirirəm. Əsərləri, I c., Naxçıvan,Əcəmi, 2010, s. 181-184
16. Şah İsmayılla bağlı rəvayətlər. “Mədəni-maarif” jurn., 2010, N 1-2, s. 38-40
17.Bir rəvayətin izi ilə, “Folklor və etnoqrafiya” beynəlxalq elmi jurn., Bakı, 2010, № 3, s. 44-50
18. Bayatılarda Naxçıvanın tərərnnümü. “Mədəni-maarif” jurn., Bakı, 2010,N8, s. 34-36
19. El şairi Ululu Kərim, Elmi araşdırmalar, AMEA Folklor İnstitutu, Bakı,Nurlan, 2010, N 11, s. 9-14
20. Naxçıvanda aşıq mühiti, “Naxçıvan” jurn., 2010, № 22, s. 18-37
21. Naxçıvanla bağlı saz havaları, AMEA Naxçıvan Bölməsinin Xəbərləri,ictimai və humanitar elmləri seriyası, Naxçıvan: Tusi, 2010, s. 248-252
22. Folklorun bədii özünəməxsusluğu
23.“Xançobani” təxəllüsü haqqında, “Mədəni-maarif” jurn., Bakı, 2010, № 3,s. 21-23
24.Nağıllarımızda Şah Abbas surəti, “Mədəni-maarif” jurn., Bakı, 2010, № 4,s.72-74
25. Нахçıvаnla bağlı əmək və mərasim nəğmələri, “Mədəni-maarif” jurn.,Bakı, 2010, № 9/10, s. 36-38
26. Naxçıvanda dastan yaradıçılığı, “Mədəni-maarif” jurn., Bakı, 2010, № 11, s.33-35
27. Sara əfsanəsi, “Folklor və etno    qrafiya” beynəlxalq elmi jurn., Bakı, 2011,№ 1, s. 71-78
28.“Novruz” mərasimlərinin bəzi qaynaqları və səciyyəsi. Elmi əsərlər (humanitar elmlər bölməsi), №1, NDU, Qeyrət, 2011, s. 83-88
29.Əfsanədə gerçəkliyin izləri, Axtarışlar, elmi toplu. Naxçıvan, 2011, № 1, s.13-19
30.Bəzi mənbə və tədqiqatlar bir rəvayət haqqında. Axtarışlar, elmi toplu,Naxçıvan, 2011, № 2, s. 29-33
31.Naxçıvanda etnik-mədəni proseslərin təşəkkülü (e. ə. VI-V minilliklər).“Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” beynəlxalq elmi konfransın materialları, Naxçıvan, 2012, s.308- 317
32.Naxçıvanla bağlı əmək və mərasim nəğmələri, Axtarışlar, elmi toplu,Naxçıvan, 2012, № 2, s. 26-29
33.Dastanlaşan tariximiz, “Folklor və etnoqrafiya” beynəlxalq elmi jurn., Bakı, 2012, № 4, s. 55-63
34. Çobankərəli Aşıq Məmmədcəfər, “Folklor və etnoqrafiya” beynəlxalq elmi jurn., Bakı, 2013, № 4, s. 54-64
35.“Koroğlu” eposunun tədrisi haqqında. Naxçıvan Müəllimlər İnstitunun Xəbərləri, Naxçıvan, 2013, cild 9, № 4, s. 58-62
36. Rəvayətləşən tariximiz, “Mədəni həyat”(elmi, metodiki, publisistik) yurn.,Bakı, 2014, № 5, s. 77-79
37. Mifdən tarixə doğru, “Mədəni həyat”(elmi, metodiki, publisistik) yurn.,Bakı, 2014, № 6, s. 57-61
38. Layla və oxşamaların tədrisinə dair. Naxçıvan Müəllimlər İnstitutunun Xəbərləri, Naxçıvan, 2014, cild 10, № 3,  s. 51-55
39.Uşaq folklorunun tədrisinə dair. Naxçıvan Müəllimlər İnstitutunda 2014-cü il 16 dekabrda keçirilmış büynəlxalq elmi-metodiki konf. Mat. (3 s.)
40.Uşaq folklorunun toplanması, nəşri və tədqiqinə dair, “Folklor və etnoqrafiya” bey. elmi jurn., Bakı, 2014, № 3-4, 10 s.
41. “Azərbaycan folklorunun etnik poetik xüsusiyyətləri”.Monoqrafiya. Bakı, Sabah, 2006.
42. “Universitet və yüksək okullarda xalq ədəbiyyatı janrlarının tədrisi məsələləri”  Benəlxalq elmi-metodik konfransın bilgiləri, Ankara, 2010.
43. “Bnayatı və ağılarda etnik tarixin poetik ifadəsi”.Əsərləri, I c., Naxçıvan, Əcəmi, 2010.
44. “Azərbaycan folklorunun qaynaqları”.Azərb, Pİ-nin xəbərləri, Bakı, 2010, N2.