Xəyal Heydərov

   Heydərov Xəyal Valeh oğlu 1980-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1987-ci ildə Naxçıvan şəhər 11 saylı orta məktəbin I sinfinə daxil olmuş və 1998-ci ildə həmin məktəbi bitirmişdir. 1998-ci ildə Ali Diplomatiya kollecinin Naxçıvan bölməsinin Beynəlxalq İqtisadi Münasibətlər ixtisasına qəbul olmuşdur. Azərbaycan Diplomatik Akademiyası  Naxçıvan Özəl Universitetinə köçürülmüşdür.
   Hərbi xidmətdən qayıtdıqdan sonra 2004-cü ildə həmin universiteti bitirmişdir.
   2009-2013-cü illərdə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyatın tənzimlənməsi ixtisasını bitirmişdir. 2012-ci ildə Doğu Akdeniz Universiteti ilə Naxçıvan Özəl Universiteti arasında keçirilən beynəlxalq kurslarda iştirakına görə sertifikatla təltif edilmişdir.
   2013-cü ildə Kuzey Kıbrıs Türk Respublikasında yerləşən Doğu Akdeniz Universitetində ixtisas artırma kursunda iştirak edib beynəlxalq sertifikat almışdır.
   2015-ci ildə “Naxçıvan” Universitetində keçirilən İpək yolu və Naxçıvan iqtisadi-mədəni əlaqələrin inkişafı məsələləri mövzusunda beynəlxalq konfransda iştirak etmiş və  Sertifikata layiq görülmüşdür. Hazırda “Naxçıvan”  Universitetində baş mühasib vəzifəsində çalışır. Naxçıvan Universitetinin müəllimidir.

Məqalələr

1.Böyük İpək Yolunun Naxçıvan sahibkarlığında rolu.Tezis.Tarixi İpək Yolu və Naxçıvanın iqtisadi-mədəni əlaqələrinin inkişafı mərhələsi.NU Beynəlxalq İpək Yolu-konfransı 2015.
2. Azərbaycan iqtisadiyyatında kiçik biznes müəssisələrinin rolu. Məqalə. Azərbaycanın tarixi coğrafiyasının aktual problemləri. NU respublika konfransı-2015.
3. Müəssisə maliyyəsi. Fənn proqramı. Naxçıvan Universiteti-2016.

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.