Vəfa Bəhrəmli

  Vəfa Famil qızı Bəhrəmli 1992-ci ildə Babək rayonunun (indiki Kəngərli) Çalxanqala kəndində  anadan olmuşdur. 1998-ci ildə Çalxanqala kənd Fərman Kərimzadə adına orta məktəbin I sinfinə daxil olmuş, 2009-cu ildə həmin məktəbi bitirmişdir. 2010-cu ildə Naxçıvan Özəl Universitetinin  İqtisadiyyat fakültəsinə daxil olmuş, 2015-ci ildə bitirmişdir. 2011-ci ildən 2015-ci ilədək “Naxçıvan Dəmir Yolları” MMC-də operator vəzifəsində çalışmışdır. 2015-ci ildə Naxçıvan Dövlət Universitetinin iqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə magistraturaya daxil olmuşdur. 2015-ci ilin sentyabr ayından isə Naxçıvan Universitetində laborant vəzifəsində çalışır.