Rəcəb Cəfərli

    Rəcəb Cəfərli 1987-ci ildə Culfa şəhərində anadan olmuşdur. 1993-cü ildə Culfa Şəhər 1 №-li orta məktəbinin birinci sinfinə daxil olmuş, 2004-cü ildə həmin məktəbi bitirmiş və elə həmin il Naxçıvan Özəl Universitetinin İngilis dili müəllimliyi ixtisasına qəbul olmuşdur. 2008-ci ildə Universiteti bitirmişdir. 2009-cu ildə Naxçıvan Özəl Universitetinin magistratura pilləsinə daxil olmuşdur. 2011-ci ildə magistr təhsilini bitirmişdir.2009-2013-cü illərdə Şahbuz rayon Badamlı kənd orta məktəbində müəllim olaraq çalışmış, 2009-2011-ci illərdə Naxçıvan şəhər Musiqi kollecində İngilis dili müəllimi kimi işləmişdir. 2010-2011-ci illərdə British Council təşkilatının həyata keçirdiyi “Success to the future” layihəsinin iştirakçısı və qalibi olmuş və sertifikatlarla mükafatlandırılmışdır. 2012-2015-ci illərdə Naxçıvan şəhər 17 №-li orta məktəbdə ingilis dili müəllimi işləmişdir.  2013-ci ildən Naxçıvan Universitetində İngilis dili müəllimi kimi çalışır.2015-ci ildən "Naxçıvan" Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri vəzifəsində işləyir.

Məqalələr

1.The most confused words in english and difficulties in their translation.