Nicat Yaqubov

   Nicat Əsgər oğlu Yaqubov 27 may 1982-ci ildə Culfa rayon Bənəniyar kəndində anadan olmuşdur. 1988-1999-cu illərdə Bənəniyar kənd  orta məktəbində təhsil alıb. 2002-2006-cı illərdə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2006-2007-ci illərdə Culfa Rayon Əbrəqunus kənd orta məktəbində müəllim vəzifəsində işləmişdir. 2007-2009-cu illərdə “Naxçıvan Dövlət” Universitetinin  Azərbaycan dili ixtisası üzrə magistr dərəcəsi almış, fərqlənmə diplomu ilə bitirmişdir.
  2014-ci ildən Naxçıvan Dövlət Universitetinin dissertantıdır və “Azərbaycan dilinin dörd cildlik izahlı lüğətində köhnəlmiş sözlərin leksik-semantik xüsusiyyətləri” mövzusunda tədqiqat işi aparır.
  2007-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında direktor müavini vəzifəsində işləmişdir. 2009-2011-ci illərdə Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatında baş təlimatçı vəzifəsində işləmişdir. 2013-2014-cü illərdə Babək rayon təhsil şöbəsinin Ekoloji Tərbiyə mərkəzində müəllim işləmişdir. 2014-cü ildən ”Naxçıvan” Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimidir. 2015-ci ildən “Naxçıvan” Universitetinin Beynəlxalq Əlaqələr şöbəsində koordinator vəzifəsində işləyir. 7 məqalə 3 tezisi var.

Məqalələri

1. “Lüğətçiliyin tarixi müasir vəziyyəti” . Məqalə. Gəncə, “Gənc alimlər şurasının beynəlxalq konfransı”. 2016.
2. “Bədii əsərlərdə bir sıra köhnəlmiş sözlərin leksik-semantik xüsusiyyətləri” Məqalə. Gəncə Dövlət Universiteti form. 2016.