Nəzakət Yusifova

   Nəzakət Rəsul qızı Yusifova 1973-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur.1980-ci ildə Naxçıvan şəhər 5 №-li orta məktəbə daxil olmuş, 1990-cı ildə 12 №-li orta məktəbi gümüş medalla bitirmişdir. 1991-ci ildə Naxçıvan Dövlət Universiteti Kimya və biologiya ixtisasına daxil olmuş, 1996-cı ildə fərqlənmə ilə bitirmişdir. 1996-cı ildən Naxçıvan Dövlət Universitetində müəllim işləyir. 1996-cı ildə V Millətlərarası Türk Xalq Kültür Konfransında iştirak etmişdir. 2000-ci ildə  Beynəlxalq elmi - praktik konfransda iştirak etmişdir. 2006-cı ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 2010-cu ildən "Naxçıvan" Universitetində müəllim işləyir. 2010-cu ildən Naxçıvan Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrasının dosentidir. 2014-cü ildən "Naxçıvan" Universitetində Pedaqogika və psixologiya kafedrasının müdiridir.

Məqalələr

1.Məhəmməd Hinduşah Naxçıvani dostluq və yoldaşlıq haqqında.
2.Fənlərin tədrisində (botanika, zoologiya) xalq pedaqogikasi materiallarindan istifadə imkanları.
3.Azərbaycan xalq pedaqogikasinda ata-ana münasibətləri məsələlərinə nəzəri baxış.
4.Ailədə yeniyetmələrin mənəvi tərbiyəsində cinsi xüsusiyyətlərin nəzərə alınması.
5.Ailədə yeniyetmələrin vətəndaşlıq tərbiyəsi üzrə işin formaları.
6.Təlim prosesində informasiya və kommunikasiya texnologiyalarından istifadənin əhəmiyyəti.
7.Əmək təlimi dərslərində humanism tərbiyəsi.
8.Uşaqların ailədə tərbiyəsində etnopedaqoji materiallardan istifadə.
9.Həyat bilgisi və təbiətşünaslıq dərslərində şagirdlərin humanism tərbiyəsi.
10.Heydər Əliyevin və gənclərin vətəndaşlıq tərbiyəsi.
11.Характерные особенности подросткового периода и учитывание этих особенностей в нравственном воспитании в семъе.
12.S.Ə.Şirvaninin tərbiyə haqqında fikirləri.
13.N.Tusi əxlaq tərbiyəsi haqqında.
14.Təlim prosesində yeni təlim metodlarından istifadənin əhəmiyyəti
15.H.Əliyev irsində vətəndaşlıq mövqeyi.
16.İnteraktiv təlim metodları humanist ideyaların və yeni pedaqoji təfəkkürün məhsulu kimi
17.N.Gəncəvinin əsərlərində təlim tərbiyə məsələləri
18.Məktəbəqədər müəssisələrdə məşğələdən kənar vaxtlarda uşaqların vətənpərvərlik tərbiyəsi (NDU, Elmi əsərlər №5(70), 2015-ci il, səh 198)
19.Məktəbəqədər yaşlı uşaqların vətənpərvərlik tərbiyəsinin mahiyyəti, əhəmiyyəti və qarşısında duran əsas vəzifələr ( Azərbaycanın səsi № 7, səh 30, Türkiyə 2015).