Nazim Mahmudov

    Nazim Vəkil oğlu Mahmudov 30 may 1958-ci ildə Naxçivan  şəhərində anadan olmuşdur. 1965-ci ildə Naxçıvan şəhər M.T.Sidqi adına 4 saylı məktəbin I sinfinə daxil olmuş, 1976-cı ildə E.Sultanov adına 7 saylı orta məktəbi bitirmişdir. 1982-ci ildə Naxçıvan Pedoqoji İnstitutunun Fizika–Riyaziyyat fakültəsinin “Ümumi texniki fənnlər və fizika” ixtisasına daxil olmuş, 1987-ci ildə  oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1987-ci ildə Naxçıvan şəhər 12№-li tam orta məktəbdə müəllim, 1990-cı ildə isə Naxçıvan Dövlət Üniversitetində müəllim işləmişdir. 1997-ci ildə Ümumi texniki fənnlər kafedrasında baş müəllim və “Hərbi texniki” fakültəyə dekan müavini təyin edilmişdir. 2002-ci ildə Naxçıvan Özəl Universitetində inspektor,  2003-cü ildə  pedoqoji təcrübə üzrə metodist işləmişdir.
   2004-cü ildə “Mühəndis-İqtisad”  fakültəsinə dekan müavini təyin olunmuşdur. 2008-ci ildən Pedoqoji fakültənin dekanı olmuş, 2012-ci ildən  isə Pedoqoji fakültənin dekan müavini vəzifəsində çalışır. 2008-ci ildən  Naxçıvan Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədridir. Yeni Azərbaycan Partiyasının  üzvüdür.

Məqalələr

1.Təlimdə həndəsi məsələlərin mövqeyi və şagirdlərin fəza təsəvvürlərinin formalaşmasında onların rolu. Naxçıvan  Müəllimlər İnstitutunun Xəbərləri 2015 N1.102-105.H.Nəcəfov,N.Mahmudov
2.Təlimin müxtəlif mərhələlərində tənliklərin həlli metodikası Naxçıvan Müəllimlər İnstitutunun Xəbərlər 2013. N4.118-122    P.Məmmədli, N.Mahmudov
3.Tədqiqat xarkterli laboratoriya işləri.Fizika-riyaziyyat və informatika tədrisi.Elmi-nəzəri və metodik məcmunə 2012.180   
4.Məktəb riyaziyyat kursunun öyrədilməsində məsələ həllinin rolu, bu prosesdə bilik və bacarıqların formalaşdırılması.Naxçıvan Müəllimlər İnstitutunun Xəbərləri.2011.N4.95-99   
5.Hərbi Texniki təlim dərslərində fizikanın elementlərindən istifadənin metodikası.2010.N6.46-51   
6.Fizika məsələlərinin həllində Tədqiqat elementləri.Müasir elmi tədqiqatların aktual problemləri mövzusunda keçirilən elmi konfransın materialları. Bakı-2010
7.Elektron kommutator.AzTU-nun  Elmi əsərləri, 2009 Bakı Telekamnukasiya.202-205.C.Zeynalov.M.İbrahimov
8.Deşifrator əsasında qurulmuş ölçü kommutatoru. AzTU-nun  Elmi əsərləri.VIII № 2Bakı 2010.147-150.C.Zeynalov.M.İbrahimov
9.Fizikadan seminar dərslərində proqramlı mikrokalkulyatoran istifadənin metodikası.Fizika-riyaziyyat və informatika tədrisi, Elmi-nəzəri və metodik məcmun 2011 № 2. 24-30
10.Elektronik dövrələrində keçid prosesləri metodik vəsait.Bakı 1998.Azərbaycan Respublikasının TN Elmi-metodik şurası “Elektronik və rabitə” bölməsi 16.04.92 tarixli 04 saylı qroqram.Tiraj 200.30 səhifə. Ç.İ.Zeynalov.H.Ə.Həsənov.