Mehman Şabanov

   Mehman Sərxan oğlu Şabanov 22 oktyabr 1976-cı ildə Xaçmaz rayonunda dünyaya gəlmişdir. 1983-1994-cü illərdə orta təhsil almışdır. 1999-cü ildə Naxçıvan Dövlət Universitetinin “Tarix” ixtisası üzrə bakalavr və 2003-cü ildə isə həmin universitetin “Azərbaycanın yeni və ən yeni tarixi” ixtisası üzrə Magistr dərəcəsini almışdır.
   2006-2012-ci illərdə Naxçıvan Dövlət Universitetinin “Azərbaycan tarixi” kafedrasının dissertantı olmuş və 27 oktyabr 2012-ci ildə “Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması sahəsində fəaliyyəti” mövzusunda tarix üzrə fəlsəfə doktoru elmi adını almaq üçün dissertasiya müdafiə etmişdir.
   2002-2006-cı illərdə Naxçıvan şəhəri Heydər Əliyev muzeyində elmi işçi, 2006-ci ilin sentyabr ayından Naxçıvan Özəl Universitetinin tədris hissəsində dispetçer, 2007-ci ilin aprel ayından Tədris hissə müdiri vəzifəsində, eyni zamanda Humanitar elmlər kafedrasında müəllim işləmiş və 2012-ci ilin iyun ayından 2015-ci ilədək Pedaqoji fakültədə “Azərbaycan dili və ədəbiyyat” və “Tarix müəllimliyi” ixtisasları üzrə Tyutor (akademik məsləhətçisi) işləmişdir.Yeni Azərbaycan Partiyası Naxçıvan Özəl Universiteti ərazi ilk partiya təşkilatının sədridir.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

1. Azərbaycan tarixində Heydər Əliyev mərhələsi. Kitab. Bakı: Nurlan, 2005,
2.1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində Azərbaycan torpaqlarına qarşı erməni təcavüzü, Kültür Evreni. Uluslararasi  hakemli sosyal bilimler dergisi, Ankara, 2010,  №7.
3.Территориальные претензии Армении к Азербайджану и деятельность Гейдара Алийева в области защиты территориальной целостности страны, Гiлея – науковий вiсник (Збiрник наукових прац). К.: ВIР УАН, 2012. – Випуск 65 (№10).
4.Heydər Əliyev və vətənpərvərlik siyasəti, Mədəniyyət dünyası. Bakı: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəşriyyatı, 2011, № 21.
5.Heydər Əliyevin Naxçıvanı erməni təcavüzündən qoruması və muxtar respublikanı blokadadan çıxarması uğrunda mübarizəsi (1990-1993), AMEA Naxçıvan Bölməsinin Xəbərləri. İctimai və humanitar elmlər seriyası, 2012,Cild 7, №1,
6.Ermənilərin Azərbaycanla qarşı ərazi iddialari və Heydər Əliyevin ərazi bütövlüyümüzün qorunmasi uğrunda fəaliyyəti (1969-1982-ci illər), Dövlət və din jurnalı, Bakı, 2012, №1(27)
7.Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlməsi tarixi zərurəti və Azərbaycanın parçalanmasının qarşısının alınması, Gəncə Dövlət Universitetinin Elmi Xəbərləri, 2012, №1.
8.Ermənilərin ərazi iddialarina qarşi Heydər Əliyevin fəaliyyəti,“Azərbaycanşünaslığın aktual problemləri” III Beynəlxalq Elmi konfransın materialları, AMEA Humanitar və ictimai elmlər bölməsi - Bakı Slavyan Universiteti. Bakı: 2-5 may  2012.
9.Azərbaycanin ərazi bütövlüyünün təmin edilməsi istiqamətində Heydər Əliyevin ATƏT-də diplomatik fəaliyyəti, Naxçıvan Dövlət Universiteti. 2012, №2 (47).
10.XX yüzilliyin sonlarında Azərbaycan torpaqlarina qarşi erməni təcavüzü və torpaqlarımızın işğal olunma səbəbləri, Bakı: Azərbaycan Pedaqoji Universitetinin Xəbərləri, 2012, №1.
11.Ermənilərin ərazi iddialarina qarşı Heydər Əliyevin fəaliyyəti (1969-1982-ci illər), Journal of Qafqaz. Bakı: Qafqaz Universiteti nəşriyyatı, 2012, №1.
12.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində Heydər Əliyevin rolu, NDU, “Elmi əsərlər”in “İctimai elmlər” seriyasının xüsusi buraxılışı, №1(50).
13.Azərbaycan-Ermənistan münaqişəsi və münaqişənin tənzimlənməsində Azərbaycanın mövqeyi, GDU, Qafqaz tarixinin aktual məsələləri, Beynəlxalq konfrans,  15-16 oktyabr 2015.
14. Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü məsələsi, Naxçıvan, Əcəmi nəşriyyatı, 2015.
15.1918-ci ildə Naxçıvanda ermənilərin törətdiyi soyqırımlar, “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” mövzusuna həsr olunmuş II beynəlxalq elmi konfransın materialları. Xüsusi buraxılış. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu, Bakı, 2015, №52, 53, 54, 55,

e-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.