Mədət Səfərov

Mədət Hüseyn oğlu Səfərov 1942–ci ildə Şahbuz rayonunun Yuxarı Qışlaq kəndində anadan olmuşdur. 1949–cu ildə Yuxarı Qışlaq kənd  məktəbin I sinfinə  daxil olub, 1959–cu ildə məktəbi bitirmişdir. 1960–cı ilin yanvarından Yuxarı Qışlaq kəndində kitabxana müdiri işləmişdir.
1963 -1964–cü tədris ilində Naxçıvan şəhərində bir illik (rus dilli) pedaqoji məktəbi bitirmişdir. 1964-71-ci illərdə Yuxarı Qışlaq kənd 8 illik məktəbində müəllim və dərs hissə müdiri işləmişdir.1965–ci ildə APİ–nin (indiki ADPU) dil-ədəbiyyat  fakültəsinə daxil olub,1970–ci ildə oranı bitirmişdir (qiyabi yolla). 1971–ci ilin sentyabrında ailə üzvləri ilə birlikdə Babək rayonunun Kültəpə kəndinə köçmüşdür. Həmin ildən 1990–cı ilədək həmin məktəbdə dil-ədəbiyyat müəllimi və tədris işləri üzrə direktor müavini işləmişdir. 1990-1993–cü illərdə Naxçıvanda “Qayğı cəmiyyəti”nin məsul katibi işləmişdir. 1993-1996–cı illərdə Babək rayon təhsil şöbəsində metodist vəzifəsində çalışmışdır. 1996–cı ildən Naxçıvan Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasında müəllim işləmişdir. 1976–ci ildən Azərbaycan Respublikasının “Qabaqcıl Maarif  Xadimi” adını və döş nişanını almışdır. Yaxşı fəaliyyətinə görə rayon, Naxçıvan MR və Azərbaycan Respublikası Təhsil Nazirliyinin müxtəlif mükafatları,fəxri fərmanları ilə təltif olunmuşdur. 2008–ci ildən Naxçıvan Özəl Universitetində indiki adı ilə "Naxçıvan" Universitetində baş müəllim kimi fəaliyyət göstərir.


Kitabları

1. XVI–IX əsrlər Azərbaycan ədəbi dilində işlənmiş, sonralar köhnəlmiş leksik–semantik xüsusiyyətləri. Naxçıvan, 2002.
2. Felin təsriflənməyən formaları. Naxçıvan, 2006
3. Dilimizə keçən və dilimizdən başqa dillərə keçən sözlərin coğrafiyası. Naxçıvan, 2002
4. Azərbaycan dili, anamın, vətənimin dilidir. Naxçıvan, 2002.

Məqalələri

M.Səfərov 15–dən artıq elmi məqalənin müəllifidir.

1. “Felin təsriflənməyən formaları” (köməkçi vəsaiti. 44səh.)“Afset”, Naxçıvan, 2002
2. “Köhnəlmiş sözlərin leksik-semantik xüsusiyyətləri”   (metodik vəsait). “Afset”, Naxçıvan, 2005
3. “B.Vahabzadənin şeirlərində arxaizmlər və onların leksik-    semantik xüsusiyyətləri”. Pedaqoji Universitetin xəbərləri. 2000 №4.
4. “Kitabi-Dədə Qorqud” dastanlarında həmcins üzvlər, ADK məqalələr məcmuəsi, 2001, №1
5. “Heydər Əliyevin çıxışlarının mətnində işlənən ara sözləri, ara cümlələri və onların sintaktik məqamları”, NDU Elmi əsərləri. 2004, №13
6.”Naxçıvanda yaşayıb yaradan şairlərin əsərlərində arxaizmin illəri, NDU Elmi əsərləri. 1999, №5
7.”var” sözünün morfoloji və sintaktik məqamları” NDU Elmi əsərləri. 2000, №6
8.Dilimizin təmizliyinə diqqət, NDU Elmi əsərləri. 2007, №21
9.“M.Füzulinin əsərlərində işlənmiş, sonradan arxaikləşmiş sözlərin leksik-semantik xüsusiyyətləri” ADRİ Xəbərlər.
10. Ellips və seqment cümlələr.NDU.Elmi axtarışlar, 2010
11. Cümlədə sözlərin sırasının pozulması zamanı təhlil çətinlikləri və onların aradan qaldırılması yolları. Proqram. NMİ.Xəbərlər.2011. №2
12. "Ədəbi dilin normalarının tədrisində qarşıya çıxan çətinliklər və onların mənimsənilməsi yolları" Proqram. NMİ. 2012 №1
13. ”Köməkçi nitq hissələri haqqında yazılıb yazılmayanlar. AMEA.Nax.bölməsi Axtarışlar.Nax.2012 №2.
14. ”Azərbaycan dili anamın vətənimin, dövlətimin dilidir” Məqalələr toplusu “İdeya” nəş.Naxçıvan-2012.
15. ”Azərbaycan dilindən praktikum” fənni üzrə (bakalavr pilləsi). Proqram. Nax-2012.
16. ”M.Araz şeirlərinin dili və üslub xüsusiyyətləri üzrə. Proqram.NÖU.Nax.2013
17. ”İfadəli oxu”(seçmə fənn) Proqram.  Nax.2013
18. ”Budaq cümlənin müəyyənləşdirilməsində  qarşıya çıxan çətinliklər və onların aradan qaldırılması yolları” NMİ.”Xəbərlər “2013, №4
19. ”Ellipsis formalı III növ təyini söz birləşmələrinin strukturu və sintaktik vəzifələri” NMİ.”Xəbərlər “2013, №1.
20.”Gənc nəslin Azərbaycançılıq ruhunda tərbiyə olunmasında M.Araz şeirlərinin əhəmiyyəti”. NDU.2013. № 1
21. ”Əbu Həyyatın “Kitabi əl-İdrak li –lisan Əl-Ətrak” lüğətindəki əsl Azərbaycan sözlərinin fonetik,leksik, semantik  xüsusiyyətləri”  AMEA.Nax.bölməsi 2013 №4
22. ”Bəzi türk mənşəli sözlərin semantik xüsusiyyətləri” AMEA. Nax.bölməsi 2013 №1
23. ”Analitik və sitaktik yolla formalaşmış tabesiz mürəkkəb cümlələrin üslubi məqamları” NMİ.”Xəbərlər “ Məktəb və nəşriyyat 2014, №4
24. ”Sintaktik paralelizmlər (Feili bağlama tərkibləri ilə budaq cümlələrin sinonimliyİ) AMEA, Nax.bölməsi, Nax 2014
25. ”Bəzi köməkçi nitq hissələrinin leksik anlamı, onların söz yaradıcılığında rolu və sintaktik məqamları”. NMİ, Xəbərlər, Məktəb və nəşriyyat 2014, №2
26. “H.Əliyev və Azərbaycan dili (Seçmə fənn)  Proqram Nax.2014,
27. ”Mürəkkəb cümlələrin  asan üsulla öyrədilməsi yolları” NMİ,”Xəbərlər “  №3, 2015
28. ”Türk mənşəli, türkkiyətürkcəsi və əsl Azərbaycan sözlərinin oxşar və fərqli cəhətləri “AMEA, Nax.bölməsi, “Axtarışlar”, 2015,№3
29. ”B.Vahabzadənin şeir dilində ellipsis cümlə  və söz birləşmələrinin işlənə məqamları.AMEA, Nax.bölməsi. “Axtarışlar” 2015,№2
30. ”Azərbaycan dilində inkarlıq kateqoriyasının sintaksisdə təzahür formaları. AMEA, Nax.bölməsi. “Axtarışlar” 2015,№4
31. ” Poeziyada linqvistik,  linqvistik vahidlərin işlənmə məqamları (N.Məmmədov poeziyasında).NDU, Elmi əsərlər, “Qeyrət2 nəş.5
32. ”Azərbycan dili və nitq mədəniyəti” fənni üçün proqram. NU,yanvar-2016.
33. “Milli kimliyimizə-ana dilimizə “yamaq” yaraşmır”. Məqalə. AMEA,Naxçıvan bölməsi, “Axtarışlar” №2 səh 91-96. 2016.