Hüseyn Bağırsoylu

    Cəlilov adına 12 saylı orta məktəbdə orta təhsilini almış, 2003-cü ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil  olmuşdur  və 4 il müddətinə Heydər Əliyev təqaüdü ilə mükafatlandırılmışdır. Təhsil aldığı müddətdə Tələbə Elmi Cəmiyyətinin xətti ilə keçirilən yarışlarda 2 dəfə Azərbaycan birincisi seçilmişdir. 2006-cı ildə Türkiyədə keçirilən Dünya Gəncləri Qurultayında Azərbaycanı təmsil etmişdir. 2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Təhsildə Yüksək Nəaliyyətə görə fəxri fərman ilə mükafatlandırılmışdır.  2007-2008-ci il tarixi aralığında N saylı hərbi hissədə hərbi xidmətdə olmuşdur. 2008-ci ildə Azərbaycan Dövlət  İqtisad Universitetinin İqtisadiyyatın Hüquqi Tənzimlənməsi ixtisası üzrə Magistr pilləsinə daxil olmuş və 2010-cu ildə məzun olmuşdur. İlk peşə təcrübənə Warsilla Finland Oy şirkətində tərcüməçi olaraq fəaliyyətə başlamışdır. 2010-2012-ci illərdə Yedoy MMC-də mühasib, 2012-2013 Delta Group-da Audit işləmişdir. 2013-2014-cü illərdə “Naxçıvan” Universitetində Xarici Dillər koordinatorluğunun rəhbəri işləmişdir. 01.09.2014-cü il tarixdən “Naxçıvan” Universitetində Xarici Dillər fakültəsinin dekanı və İdarəetmə kafedrasının yarımştat müəllimi vəzifəsində çalışır. Azərbaycan Milli Elmlər Akademiyasının doktorantıdır. Eyni zamanda 2007-ci ildən Naxçıvan MR Rəssamlar birliyinin üzvüdür. 8 elmi məqalə və 1 fənn proqramının müəllifidir.

Məqalələr

1. The İnternational Scientific Journal Moskva N/03-2016
2. İqtisad Unversiteti “Elmi əsərlər toplusu” Bakı N10/17-2010
3. Naxçıvan Dövlət Universiteti “Elmi əsərlər toplusu” N3/11   Naxçıvan-2013
4. Korparassiya Universiteti “Elmi əsərlər toplusu”  N2(41) Bakı-2016
5. Naxçıvan Dövlət Universiteti “Elmi əsərlər külliyyatı” N6(71)Naxçıvan-2015
6. Naxçıvan Dövlət Universiteti “Elmi əsərlər külliyyatı” Naxçıvan-2016
7. Naxçıvan Dövlət Universiteti “Beynəlxalq konfransın materialları” N6(75) Naxçıvan-2016
8. Naxçıvan Dövlət Universiteti “Elmi əsərlər külliyyatı” Naxçıvan N1(16) -2007
9. Menecment. Fənn proqramı. Naxçıvan Universiteti-2016