Gülnaz Səfərova

   1990-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1997-ci ildə A.Cəlilov adına 12-li orta məktəbin I sinfinə daxil olmuş, 2008-ci ildə həmin məktəbin 11-ci sinfini  fərqlənmə ilə bitirmişdir. 2009-cu ildə Naxçıvan Özəl Universitetinin Xarici dil müəllimliyi ixtisasına daxil olmuş, 2013-cü ildə həmin universiteti bitirmişdir. 2008- ci ildə komputer ixtisası üzrə (Windows, Microsoft WORD, Corel,  Excel, Power Point, Adobe  Photoshop  və İnternet ) kurslarına  yiyələndiyinə dair sertifikata layiq görülmüşdür. 2014-cü ildən “Naxçıvan” Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasında baş laborant vəzifəsində işləyir.