Fatma Hüseynova

    Fatma Abbas qızı Hüseynova 01 sentyabr 1980-ci ildə Babək rayon Cavidabad kəndində anadan olmuşdur. 1986-1997-ci illərdə Babək rayon Qaraçuq kənd orta məktəbində təhsil almışdır. 2001-2006-cı illərdə Naxçıvan Özəl Universitetinin Pedaqoji fakültəsinin İbtidai təhsilin pedaqogika və metodikası ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 1998-ci ilin mart ayından “Naxçıvan” Universitetində müxtəlif vəzifələrdə çalışmışdır. Hazırda Tədris şöbəsində inspektor vəzifəsində çalışır. Yeni Azərbaycan Partiyasının üzvüdür.