Elvin Həsənov

Elvin Süleyman oğlu Həsənov 01.04.1986-cı ildə Culfa rayon Camaldın kəndində anadan olmuşdur. 1992-ci ildə Camaldın kənd orta məktəbinə daxil olub və 2003-cü ildə həmin məktəbi  bitirmişdir.
2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İnzibati idarəetmə istiqamətinin “Gömrük işinin təşkili” ixtisasına qəbul olmuş, 2007-ci ildə həmin ixtisası bitirmişdir. 2008-ci ildə İqtisadiyyat istiqamətinin “Beynəlxalq İqtisadi Münasibətlər” ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin Magistratura pilləsinə qəbul olmuş və 2011-ci ildə bitirmişdir.
2009-cu ildə   Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində aparıcı məsləhətçi vəzifəsinə təyin olunub. 2013-2016-cı illərdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində baş məsləhətçi-mühasib vəzifəsi həvalə edilib. İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin 2013-cü ildə təşkil etdiyi “Korporativ və Büdcə sektorlarında hesabatlılıq” üzrə treyninqdə iştirak etmişdir. 2014-cü ildən Naxçıvan Dövlət Universitetinin “Mühasibat uçotu və Maliyyə” kafedrasında müəllimdir. Hal-hazırda  Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Xəzinə şöbəsinin Büdcənin Uçotu və Hesabatı sektorunda aparıcı məsləhətçi vəzifəsində çalışır. 2015-ci ildən Naxçıvan Universitetinin  “İdarəetmə”  kafedrasının  müəllimidir.

Əsas elmi əsərlər:

1. Mühasibat və mühasibat məsələləri. Həmmüəllifl- E.Əlimərdanov. Fənn proqramı. Naxçıvan Universiteti-2016.
2. Büdcə təşkilatlarında mühasibat uçotu. Həmmüəllifl- E.Əlimərdanov. Fənn proqramı. Naxçıvan Universiteti-2016.

Email:  Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.