Elvin Əlimərdanov

Elvin Yusif oğlu Əlimərdanov, 1990-cı ildə Şərur rayon(Kəngərli) Qıvraq kəndində  anadan olmuşdur. 1997-ci ildə Qıvraq kənd 2 №-li orta məktəbinə daxil olub, 2008-ci ildə həmin məktəbi “Fərqlənmə” attestatı ilə bitirmişdir. 2008-ci ildə Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin “Ümumi iqtisadiyyat” ixtisasına qəbul olub, 2012-ci ildə həmin universitetin “İqtisadiyyatın tənzimlənməsi” ixtisasını “Fərqlənmə” diplomu ilə bitirmişdir. 2012-ci ildə həmin ixtisas üzrə Naxçıvan Dövlət Universitetinin Magistratura pilləsinə qəbul olunmuş, 2012-2013-cü illərdə hərbi xidmətini başa vurduqdan sonra təhsilini davam etdirmişdir.
2013-cü ilin iyul ayından 2014-cü ilin yanvar ayına kimi Kəngərli rayon İcra Hakimiyyətində “Aparıcı məsləhətçi”, 2014-cü ilin yanvar ayından may ayına kimi Kəngərli rayon Vergilər Şöbəsində “Baş Dövlət Vergi Müfəttişi”, 2014-cü ilin oktyabr ayından isə “Naxçıvanqaz” İstehsalat Birliyində “Aparıcı mühasib” vəzifəsində işləyir.
2014-cü ildən Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat” kafedrasının  müəllimi, 2015-ci ildən isə “Naxçıvan” Universitetinin “İdarəetmə” kafedrasının müəllimidir.

Əsas elmi əsərlər:

1. Mühasibat və mühasibat məsələləri.Həmmüəllif E.Süleymanov. Fənn proqramı. Naxçıvan Universiteti-2016.
2. Büdcə təşkilatlarında mühasibat uçotu. Həmmüəllif E.Süleymanov. Fənn proqramı.  Naxçıvan Universiteti-2016

e-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.