Əlibəyli Elçin

    Əlibəyli Elçin Hümbət oğlu 09 iyun 1991-ci ildə Şərur rayonun Xok kəndində anadan olmuşdur. 1997-ci ildə Xok kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuşdur. 2008-ci ildə həmin məktəbi bitirmişdir. 2008-ci ildə Naxçıvan Özəl Universitetinin İqtisadiyyat Fakültəsi İqtisadiyyatın Hüquqi Tənzimlənməsi ixtisasına daxil olmuşdur. 2012-ci ildə həmin universiteti bitirmişdir.  2013-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsinin Dövlət və Bələdiyyə Menecmenti ixtisası üzrə magistraturaya daxil olmuşdur. 2015-ci ildə magistr təhsilini bitirmişdir. Hal-hazırda “Naxçıvan” Universitetinin İqtisadiyyat Fakültəsində tyutor olaraq işləyir.