Dilsuz Qasımov

Dilsuz  Qasım  oğlu  Qasımov 1949-cu ilin yanvar ayında Naxçıvan MR   Naxçıvan  rayonun (indiki Babək rayonu)  Sirab  kəndində anadan olmuşdur. 1961-ci ildə Sirab kənd səkkiz illik, 1965-ci ildə Leninabad (indiki Kərimbəyli) kənd orta məktəbini bitirmişdir.1971-ci ildə Azərbaycan Kənd Təssərrüfatı İnstitutunu bitirərək alim-aqronom ixtisası, 1981-ci ildə  Bakı Ali Partiya Məktəbini bitirərək  ali  iqtisadi-siyasi təhsil almışdır. 1991-ci ildə Azərbaycan Elmi-Tədqiqat Əkinçilik  İnstitunun aspiranturasını bitirmiş, 1993-cü ildə AMEA–nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda  disertasiya müdafiə edərək kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, 2013-cü ildən dosentdir. Azərbaycanın  müstəqillik  dövrünədək  Naxçıvan  MR  partiya, sovet, təsərrüfat orqanlarında  rəhbər  vəzifələrində  çalışmışdır. 1991-1993-cü illərdə AMEA-nın Genetika və Seleksiya  İnstitutunda baş elmi işçi,1993-94-cü illərdə Naxçıvan MR Bitki Mühafizə Stansiyasında aparıcı mütəxəssis, 1994-1995- ci illərdə Naxçıvan  MR Ali Məclisinin iqtisadi qanunvericilik şöbəsində referent,1995-1996-cı illərdə Naxçıvan MR Kənd Təsərrüfatı və Ərzaq Nazirliyində əkinçilik şöbəsinin rəisi,1996-2006- cı illərdə Babək rayon Şəkərçilik Şirkətinin direktoru vəzifələrində çalışmışdır.2005-2006-cı illərdə NDU-nun “İqtisadiyyat və tənzimləmə” kafedrasının saat hesabı müəllimi,2007- ci ildə tam ştatla müəllimi,2010-cu ildən baş müəllim, 2011-ci ildən dosent əvəzi,  2013-cü ildən dosent vəzifəsində işləyir. Eyni zamanda 2008-ci ildən NÖU-nin “İqtisadiyyat” kafedrasında yarım ştat hesabı ilə müəllim, 2009-cu ildən tam ştatlı müəllim, 2010-cı ildən  baş müəllim olaraq  çalışmış, 2012-ci ildən  NÖU-də “İqtisadiyyatkafedrasının müdiri olmaqla “Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi”, “Firmanın iqtisadiyyatı” və “Əməyin iqtisadiyyatı” fənnlərini tədris edir. 35 elmi əsərin o, cümlədən kitab, dərs vəsaiti, metodik vəsait və fənn proqramlarının müəllifidir. O, bir sıra respublika və beynəlxalq səviyyəli simpozium və konfransların iştirakçısı olmuş, xarici ölkələrdə ezamiyyətdə olaraq, məruzələrlə çıxışlar etmişdir.

KİTABLAR:

1.Kəhriz sistemləri (iqtisadiyyat  ixtisası üzrə dərs vəsaiti- Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 21 may 2010 cu il tarixli qərarı ilə çap edimişdir Bakı-2010
2.Kəhriz sistemlərinin sosial iqtisadi səmərəliliyi - Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası “İqtisadiyyat” bölməsinin 03 aprel 2012-ci il tarixli iclasının qərarı ilə təsdiq edilmişdir (Protokol №4)
3. Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi(iqtisadiyyat ixtisası üzrə dərs vəsaiti)Bakı -2013. NDU- Elmi -Şurasının  29 noyabr 2012-ci il tarixli 03 saylı qərarı ilə çapa tövsiyyə edilmişdir.
4. Aqrar sahənin inkişafının regional problemləri- Naxçıvan Dövlət Universitetinin Elmi şurasının  13 mart 2013 cu il tarixli qərarı ilə çap edimişdir (Pr№  06) Bakı ”Avropa” nəşriyyatı. 2013
5. Ekonomika i upravlenie aqrarnoy sferoy. NDU- Elmi -Şurasının  29 noyabr 2012-ci il tarixli 03 saylı qərarı ilə çapa tövsiyyə edilmişdir.  (uçebnoe posobiye) Moskva 2013

TƏDRİS PROQRAMLARI:

1.Kəhriz sistemləri (iqtisadiyyat  ixtisası üzrə dərs proqramı).  NDU-nin Elmi -Şurasının qərarına əsasən çapa tövsiyyə olunmuşdur.  Bakı 2010
2.Aqrar sferanın iqtisadiyyatı fənn proqramı- Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası “İqtisadiyyat” bölməsinin 25 fevral 2011-ci il tarixli 6 saylı protokol qərarı ilə təsdiq edilmişdir .Naxçıvan-2011
3.Firmanın iqtisadiyyatı fənn proqramı- Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası “İqtisadiyyat” bölməsinin 03 aprel  2012-ci il tarixli 4 saylı protokol qərarı ilə təsdiq edilmişdir .Naxçıvan-2012
4. Təbiətdən istifadənin iqtisadiyyatı proqramı - Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası “İqtisadiyyat” bölməsinin 14 yanvar   2013-ci il tarixli 6 saylı protokol qərarı ilə təsdiq edilmişdir .Naxçıvan-2013
5. Aqrar sahənin inkişafının regional problemləri –NÖU-nin Elmi Şurasının 30 sentyabr 2013-cü il tarıxli iclasının o1 saylı protokol qərarı ilə çapa tövsiyyə olunmuşdur.  Naxçıvan 2013
6. Milli iqtisadiyyat- NÖU-nin Elmi Şurasının 29 oktyabr 2013-cü il tarıxli iclasının 02 saylı protokol qərarı ilə çapa tövsiyyə olunmuşdur.  Naxçıvan 2013
7. İqtisadiyyatın hüquqi tənzimlənməsi-proqram, Naxçıvan-2014
8. Azərbaycan iqtisadiyyatı  NÖU-nin Elmi Şurasının 27  dekabr 2014-cü il tarixli 03 saylı protokol qərarı   ilə çapa tövsiyyə olunmuşdur. NÖU Dizayn və poliq. Mərkəzi. Naxçıvan-2015.
9. Əməyin iqtisadiyyatı - NÖU-nin Elmi Şurasının 27  dekabr 2014-cü il tarixli 03 saylı protokol qərarı   ilə çapa tövsiyyə olunmuşdur. NÖU Dizayn və poliq. Mərkəzi. Naxçıvan-2015.

BEYNƏLXALQ  KONFRANSLAR:

1.Aqrar bölmədə islahatların gedişi vəziyyəti.  Elmi konfrans  material. Nax. 2008
2.Aqrar bölmədə beynəlxalq əməkdaşlığın həyata keçirilməsi istiqaməti. Beynəlxalq konfrans material. Nax. 2009
3.Torpaqlardan  səmərli   istifadənin başlıca xüsusiyyətləri-   ADAU Aqrar  təhsil  sistemində innovasiya  texnologiyalarının tətbiqi və beynəlxalq əməkdaşlıq formaları. Beynəlxalq  elmi-praktik  konfransın  tezisləri
(21-22 may)  Gəncə- 2010
4. Naxçıvanda  kənd  təsərrüfatı  və kəndlərin  inkişafında  kəhrizlərin  rolu- Kəhriz sistemləri memarlıq abidəsi, dayanıqlı su sistemi, ictimai və iqtisadi inkişafın əsası kimi I-ci beynəlxalq elmi-praktik konfransın materialları (Naxçıvan, 24-26 sentyabr 2009) Bakı-2010.
5.Qədim “İpək yolu”nun bərpası reallıqdır. Tarixi İpək Yolu və Naxçıvanın iqtisadi-mədəni əlaqələrinin inkişafı məsələləri. Beynəlxalq İpək Yolu Konfransı. 16-17 oktyabr. Naxçıvan 2015

ƏSAS ELMİ ƏSƏRLƏR:

1.Aqrar  siyasət  və ərzaq  təhlükəsizliyi  problemləri- AMEA İqtisadiyyat institutu “Azərbaycan  regionlarının sosial-iqtisadi inkişafı: problemlər,inkişaf meylləri” mövzusunda respublika elmi-praktiki konfransın materialları.   Bakı-2011
2.Роль экономических факторов  в обеспечении инновационного развития  предприятий пищевой промышленности- Международный  технико-экономический журнал №4.  Москва-2012
3.Kənd təsərrüfatında istehsalın yerləşdirilməsi və ixtisaslaşdırılmasının təşkili istiqamətləriAMEA İqtisadiyyat institutunun elmi əsərləri № 1 Bakı-2013
4.Aqrar sahədə kooperasiyanın inkişafı innovasiyaların tətbiqinin sürətləndirilməsi istiqamətlərindən biridir- Azərbaycan Kooperasya Universiteti “Kooperasiya” elmi nəzəri jurnalı  2(29) -2013
5.Elmi texniki tərəqqinin sürətlə reallaşdırılması aqrar emal sənaye sahələrində innovasiyalı texnologiyaların qurulmasının başlıca şərtidir, AMEA-Elmi əsərləri, II buraxılış, Bakı-2014
6.Naxçıvan M.R-da aqrar sahədə elmi-texniki tərəqqi,innovasiyalı məhsul və xidmət istehsalı. Naxçıvan MuxtarRespublika  iqtisadiyyatının innovativ inkişaf istiqamətləri. Elmi praktik konfrans 28 noyabr 2014NDU-nun”Qeyrət “nəşriyyatı-2015.