Cabbarova Sevinc

Cabbarova Sevinc Ədalət qızı 3 iyul 1978-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1985-ci ildə Bakı şəhərinin 68 №-li orta məktəbə daxil olub, 1992-ci ildə 291 №-li “Ekoloji” liseyinə qəbul olunub və 1995-ci ildə həmin liseyin XI sinfini bitirmişdir. 1995-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Mühəndis iqtisadiyyatı” fakültəsinə daxil olub və 1999-cu ildə bakalavr dərəcəsini alıb. 1999-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasının Magistratura Şöbəsinə daxil olub və 2004-cü ildə “İnnovasiya strategiyasının işlənməsi” ixtisası üzrə magistr dərəcəsi alıb. 1999-cu ildə ailə quraraq Naxçıvan şəhərinə köçüb. 2005-ci ildən AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun İqtisadiyyat şöbəsində ardıcıllıqla böyük laborant, elmi işçi, hal hazırda isə böyük elmi işçi vəzifəsində çalışır. 2006-cı ildə AMEA İqtisadiyyat İnstitutunun aspirantura şöbəsinə qəbul olunub. Akademik A.Nadirovun başçılığı ilə “Naxçıvan MR-nın Əmək potensialının formalaşması və istifadəsi” mövzusunda dissertasiya üzərində işləyib, 2015-ci ilin iyun ayında dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək, iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2015-ci ildən Naxçıvan Universitetinin  “İdarəetmə”  kafedrasının  müəllimidir.

Əsas elmi əsərlər:

1. Korperativ biznes. Fənn proqramı. Naxçıvan Universiteti-2016
2. İnnovasiya biznesi. Fənn proqramı. Naxçıvan Universiteti-2016

e-mail:  Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.