Aypara Behbudova

   Behbudova Aypara Novruz qızı 1971-ci il dekabr ayının 14-də Şahbuz rayonunun Güney Qışlaq kəndində anadan olmuşdur. 1997-ci ildə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin “Kitabxanaşünaslıq və biblioqrafiya” ixtisasını bitirmişdir. Aypara Behbudova 1997-ci ildən Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında baş biblioqraf, 2007-2014-cü illərdə həmin kitabxananın direktoru, 2007-ci ildə namizədlik dissertasiyası müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. 2008-ci ildə NDU “Azərbaycan dili və ədəbiyyat” kafedrasında, 2010-cu  ildən “Kitabxanaçılıq” kafedrasında 0.5 ştat müəllim və 2013-cü ildən baş müəllim vəzifəsində çalışır. 2015-ci ildən “Naxçıvan” Universiteti Elmi Kitabxanasının direktoru, 2016-cı ildən NDU “Kitabxanaçılıq” kafedrasının dosentidir. “M.S.Ordubadi: mühiti və müasirləri” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. İşlədiyi müddətdə dəfələrlə Azərbaycan Respublikası  Təhsil Nazirliyinin və universitet  rektorluğunun Fəxri Fərmanları ilə təltif olunmuşdur. 50-ə yaxın elmi məqalənin, 7 kitabın tərtibçisi və 4 kitabın müəllifidir. Elmi əsərləri Türkiyə, Rusiya , İran və s. xarici ölkələrdə çıxan jurnallarda çap olunmuşdur.

 

 

 Kitablar

1.Adil Babayevin ömür yolu və sənət dünyası.(Monoqrafiya).- Bakı.-Mütərcim.- 2012
2. Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası-40. Naxçıvan- Qeyrət-2009 3.Naxçıvan Muxtar Respub­likasında elmi kitab­xanaların tarixi və inkişafı (Dərs və­sa­iti­).Naxçıvan.-Əcəmi.-2015
4. Məktəb kitabxanalarında işin təşkili ( Metodik vəsait). Naxçıvan.- Əcəmi.-2015.
5. Ömrün illəri və əsərləri.II cilddə.(İsa Həbibbəyli-60). -Bakı.- Elm və təhsil.- 2010-2011
5. Akademik Məmməd Cəfər Cəfərovun şəxsi kitab­xana­sından Naxçıvan Dövlət Uni­v­ersitetinin Elmi Kitab­xana­sına hədiyyə olunmuş kitab­ların əlifba kataloqu.  Bakı.- Elm və təhsil.- 2010.
7. Vaqif Məmmədov: ömür yolu. Bakı- Şirvannəşr- 2009
8.Akademik İsa Həbibbəylinin şəxsi kitabxanasından NDU Elmi Kitabxanasına hədiyyə etdiyi kitabların əlifba kata­loqu. Bakı.-Elm və təhsil.- 2010.
9. Yavuz Axundlu: Elmin və təhsilin işığında. Bakı.-Elm və təhsil.-2010
10. Yavuz Axundlu: Biblio­qra­fiya. NDU.-Qeyrət.- 2012.
11. “X.Kərimli-65” Kitab. Bakı, Qanun nəşriyyatı. 376 səh.2016.

Məqalələr

1. Hüseyn Cavidin  əsərlərinin nəşr tarixi. Naxçıvan.-NDU.-Qeyrət.- Elmi əsərlər.-2010.- №2(27).
2.Təhsil sahəsinin canlı xəzinəsi. Ömrün illəri və əsərləri. (İsa Həbibbəyi-60)I kitab.-Ba­kı.­-Elm və təhsil.- 2010.
3. Bədii tərcümənin kamil ustası.Yol. Bilim Kültür Araştırma Dergisi-Ankara.- Sayı 30.- Eylül-Ekim 2010.
4.  Naxçıvan ədəbi mühiti və Qanlı Yanvar. Naxçıvan.-NDU.-Qeyrət.- Elmi əsərlər.- №1(32).-2010.
5. Şəxsi kitabxanadan ali məktəb kitabxanasına ərməğan (ön söz). Akademik İsa Həbibbəylinin şəxsi kitabxanasından NDU Elmi Kitabxanasına hədiyyə etdiyi kitabların əlifba kataloqu.- Bakı.-Elm və təhsil.- 2010.
6. M.S.Ordubadi  və  ədəbi mühit.Aspirantların və gənc tədqiqatçıların Respublika elmi konfrans  materialları. -Bakı.-2010.
7. Poeziya və poetik təfəkkürün imkanları. Naxçıvan.-NDU.-Qeyrət.- Elmi əsərlər.- №1 (40).-   20­11.
8.  NDU Elmi Kitabxanası.Bakı.- Elm və həyat.- №4 (449).- 2011.
9. Müdrik ağsaqqal, ustad ədəbiyyatşünas.(ön söz). Y.Axundlu. Biblioqrafiya.NDU.-Qeyrət.-2012.
10. Heydər Əliyev və Azərbyacan ədəbiyyatı. Naxçıvan.-NDU.-Qeyrət.- Elmi əsərlər.- №1 .-20­12.
11. Məmməd Səid Ordubadinin dünyagörüşünün formalaşmasında ailə və təhsil mühitinin rolu. M.S.Ordubadi. Taleyi və sənəti.-Naxçıvan.- Əcəmi.- 2012.
12. Türkiye Azerbaycan Edebi İlişkilerinde  Nahçivan.Türkiye, Kardeş kalemler, №7.- 2012.
13. Milli-mənəvi sərvətimiz olan kitabxanalara Heydər Əliyev qayğısı. Heydər Əliyev zir­vəsi­.(m­ə­­­qa­lələr və xati­rələr)­.-Nax­çıvan.-Qeyrət.-2013.
14. Poeziyanın folklor bəzəyi. V. Məmmədov. Bir ömür yaşadım.-Naxçıvan.-NDU.-Qeyrət.-2013.
15. Xəzərə bağlı şair.(İslam Səfərli-90). Naxçıvan.-“Naxçıvan” jurnalı.-Əcəmi.- 2014.- №26.
16. Heydər Əliyev və Azərbaycanda kitabxana işi. Heydər Əliyev dövlətçilik təli­mi­nin ışıqları. HeydərƏliyev-90.-ND­U.­-Elmi əsərlər.-№1­(50).-2014.
17. Türk Dünyasının Şairi. Degerlerimize Avrupadan Bakış.-Sayı:7.-Haziran 2015.
18. Naxçıvan  Muxtar Respu­blikasında elektron kitabxana quruculuğu(Nax­çıvan Mux­tar Respublikası-90). Naxçıvan.-NDU.-Qeyrət.- Elmi əsərlər(Xüsusi bura­xı­lış).- № 6(62).- 2015.
19. Vətəndaşlıq lirikasının  yara­dıcısı. Axtarışlar.-AMEA-nın Nax­çıvan Bölməsi.-çild 5.- №3- 2015.
20. Adil Babayevin sonetlərinin sənətkarlıq xüsusiyyətləri. Naxçıvan.-NDU.- Qeyrət.- №5(70).-2015.
21. Naxçıvanda kitabxanaların tarixi. “Tarixi ipək yolu və Naxçıvanın iqtisadi-mədəni əlaqələrinin inkişafı məsələləri” mövzusunda beynəlxalq konfrans materialları. Naxçıvan.-“Naxçıvan” Uni­versiteti nəşriyyatı.- 2015.
22. “Şairin payız duyğuları”. Məqalə. “X.Kərimli-65”, Bakı, Qanun nəşriyyatı. Səh 56-63. 2016.
23. “Mən sözdən qorxuram, tanrıdan qorxduğum kimi”.Məqalə. “X.Kərimli-65”, Bakı, Qanun nəşriyyatı. Səh76-84. 2016.
24. “Ömrün son payızı”. Məqalə. V.Məmmədov –Xatirələr, Bakı, Şirvan nəşriyyatı. 8 səh. 2016.
25. “Muxtar  respublikada fəaliyyət göstərən elmi kitabxanalar”. Məqalə. NU, Elmi əsərlər, № 3. 2016.