Arifə Zeynalova

Arifə Əziz qızı Zeynalova 1965–ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1972–ci ildə Naxçıvan şəhər 6-li məktəbinin I sinfinə daxil olmuş, 1982 –ci ildə həmin məktəbin X sinfini bitirmişdir. 1984–cü ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutuna qiyabi daxil olmuş, 1989–cu ildə həmin institutu bitirmişdir.1986–cı ildə Naxçıvan DPİ–nin Komsomol təşkilatında uçot–bölmə müdiri, 1990–cı ildən isə həmin institutun Azərbaycan dilçiliyi kafedrasında baş laborant vəzifəsində işləmişdir.1998-ci ildə Naxçıvan Dövlət Universitetinin dissertantı olmuşdur. 2001-ci ildən Naxçıvan Özəl universitetində müəllim kimi fəaliyyət göstərmişdir. 2005-ci ildən etibarən isə baş müəllim vəzifəsində çalışmışdır. 2005–ci ildə “Nəsimi əsərlərinin dilində işlənən onomastik vahidlər” mövzusunda namizədlik disstertasiyası müdafiə etmişdir. 2012–ci ildən Naxçıvan Dövlət Universitetinin dosentidir. 2014-cü ildə isə Naxçıvan Dövlət Universitetinin Müdafiə Şurasına üzv seçilib. Evlidir, iki övladı var.

Kitablar

Nəsimi əsərlərinin dilində onomastik vahidlər. “Qızıl Dağ”, Naxçıvan, 2008.

Məqalələri

1.Nəsimi  yaradıcılığına Nəimi  təsiri. Pedaqoji  tədqiq. (Elmi məqalələr  məcm.) 198-200. (11-12)Bakı,2011.
2.Fəzlullah  Nəimi antroponimi   Nəsimi dilində tədqiq. Aspirantların və  gənc VII resp.elmi konfrans.tezis. Bakı, 2001
3.Nəsimi dilində işlənm. bəzi antrp. Pedaqoji tədqiq.(Elmi məqalələr  məcm.),1(18) səh.   55-57.Bakı 2003.
4.Nəsimi  dilində    işlənmiş bəzi tarixi  şəxsiyyət adları. Pedaqoji tədqiq.(Elmi məqal. məcm.), 1-2(20-21)Bakı 2004
5.Nəsimi əsərlərinin dilində işlənmiş  toponimlərə dair. NDU-nun Elmi əsərlər. №13,Naxçıvan.2004                                               
6.Nəsimi əsərlərinin dilində  Hidronimlər və etnonimlərin işlədilmə məqamları. Azərb.MEA Nəsimi adına İnstitutu.Tədqiqlər.  Bakı,2004
7.Nəsimi əsərlərinin dilində  işlənmiş muğam adları.Təbriz, “Körpü” jurn. May, 2005,№48
8.Nəsimi  əsərlərinin dilində  “Quran”da və  “Quran”a  qədərki  digər dini  kitablarda rast gəlinən bəzi antroponimlər. Təbriz, “Körpü” Sentyabr,№49.
9.Nəsimi  əsərlərinin dilində  ləqəblərin işlənmə məqamları. NDU. Xəbərlər, 2005 №16.
10.Nəsimi dilində işlənmiş onomastik vahidlər. Monoqrafiya. Naxçıvan “Qızıl Dağ”2008.
11.Onomastikanın  tədrisi  məsələləri. Nax.Müəllimlər İnst. Xəbərlər, 2008,№3(15)
12.Fonetikanın  tədrisi məsələləri. Dil və ədəbiyyat jurnalı, Beynəlxalq elmi-nəzəri jurnal 2009№1(67)
13.Bəzi  leksik vahidlərin  tədrisi məsələləri. NDU. Elmi əsərlər, 2009 №2 (27)
14.Vurğunun tədrisi  məsələləri. Elmi-metodik vəsait, ADPU,Bakı  2009
15.Azərbaycan nağıllarının leksik xüsusiyyətləri. NDU,”Qeyrət”№2 Naxçıvan, 2010.
16.Folklorun bayatı  janrında  köhnəlmiş  sözlərin yeri və rolu. NDU “Qeyrət” №2. Naxçıvan, 2011.
17.Azərbaycan nağıllarının dilində  arxaizimlər. NDU. “Qeyrət” №1 Naxçıvan, 2010
18.Sabirin dilində   alınma sözlər. Bakı Müəllimlər Inst. Elmi  Xəbərlər Bakı,2011
19. M.İbrahimovun dilimizə  münasibəti. Azərbaycan Dillər Universiteti. Elmi  Xəbərlər. Bakı,2012
20. M.Ə.Sabirin dilində köhnəlmiş sözlərin işlənmə məqamları. NDU, “Qeyrət”nəşr. Naxçıvan, 2012
21. İ.Əfəndiyevin əsərlərinin dilində frazeoloji vahidlırin işlənmə məqamları, AMEA Axtarışlar. Elmi toplu № 3 , Naxçıvan bölməsi , səh 121-124. Naxçıvan 2013.
 22.M.Araz poeziyasında məcazların üslubi imkanları, AMEA Axtarışlar. Elmi toplu IV( 10) , Naxçıvan bölməsi , səh 80-84. Naxçıvan 2014.
23.Validə Hüseynovanın estetik dili, AMEA Axtarışlar. Elmi toplu № 4, Naxçıvan bölməsi , səh 102-108 . Naxçıvan 2014.
24. Ə.Cavad şeirlərinin sintaksi- si.( Təyini söz birləşməsi və onların sintaktik məqamları) Naxçıvan   AMEA Naxçıvan Bölməsinin  İncəsənət  Dil  və Ədəbiyyat İnstitutunun “Axtarışlar” Elmi  toplusu.  2012. №3  
25. Onomastik vahdlərin poetik dildə yeri və rolu. (İ.Nəsiminin əsərləri üzrə) Naxçıvan,NDU,Qeyrət nəşriyyatı ,2012
26. Atalar sözləri və zərbi-məsəllərdə omonimlik xüsusiyyətləri.NDU, Elmi əsərlər, 2014 №1(57)
27. M.T.Sidqinin Azərbaycan dilinin inkişafında rolu.Naxçıvan MEA, Axtarışlar, cild 5, 2014
28. V.Hüseynovanın estetik dili.Naxçıvan MEA, Axtarışlar, cild5, 2014
29. Onomostik vahidlərin məcazlar sistemində işlənməsi.NDU, Elmi əsərlər , 2014
30. Mirzə İbrahimovun ana dilimizin inkişafında rolu. Naxçıvan MEA,Axtarışlar, cild 5 , 2015
31. Nəsimi dilində işlənmiş bəzi tarixi şəxsiyyətlərin adları.Pedaqoji tədqiq. (Elmi məqal. məcm.), 1-2 (20-21) Bakı, 2004
32. Nəsimi əsərlərinin dilində işlənən  toponimlərə dair.NDU. Elmi Əsərlər №13 Naxçıvan, 2004
33. Vurğunun tədrisində qarşıya çıxan bəzi məsələlər. Məqalə. Naxçıvan Universiteti, Elmi əsərlər, 2016, No 1 (3). 2016.

Proqramlar

1.Seçmə fənn-Onomalogiya. Bakalavrlar üçün proqram. Bakı,2012.
2. Linqvistika və mətnşünaslıq. Proqram. Naxçıvan Dövlət Universiteti. 2016