Anara Nəsirli

   Anara Azər qızı Nəsirli 31 may 1978-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə Naxçıvan şəhər Aleksandr Serqeyeviç Puşkin (indi Vəli Zeynalov) adına 3 saylı orta rus məktəbinin I sinfinə daxil olub, 1994-cü ildə həmin məktəbi bitirib. 1996-ci ildə Naxçıvan Özəl Universitetinin Xarici dil ixtisasına daxil olub. 2000-ci ildə həmin universiteti bitirib. 2001-ci ilin mayında Özəl Universitetdə Beynəlxalq Araşdırma və Təhsil mərkəzi tərəfindən keçirilən “İnternational Business Development” proqramı üzrə “İntroduction to Marketing Tourism” kursunun sertifikatını alıb. 2000-ci ildən 2005-ci ilə qədər Naxçıvan Özəl Universitetində Xarici dil (İngilis) müəllimi vəzifəsində işləyib. 2004-2006-cı illərdə Naxçıvan Dövlət Universitetinin magistratura pilləsinin “Xarici dillər(İngilis dili)” ixtisasına qəbul olub və fərqlənmə ilə magistr təhsilini başa vurub. 2005-ci ildə Bakı şəhərinə köçüb və həmin ilin sentyabr ayından 2007-ci ilin okyabrına qədər orda “Lider Media Holding” televiziyasında tərcüməçi-müxbir vəzifəsində işləyib. 2009-cu ilin sentyabr ayından yenidən Naxçıvan Özəl Üniversitetində Xarici dil müəllimi və 16 sentyabr 2013-cü ildən Xarici dillər kafedrasının müdiri vəzifəsində işləyir. 2012-ci ilin İyul ayında Şimalı Kipr Türk Cümhuriyyətinin Doğu Akdeniz Universitetində “İnternational Professional English Courses for Teachers” və “Schools Moodle System in XXI Century Schools” kurslarını bitirərək sertifikatlarını alıb.

Məqalələr

1. İngilis dili fonetikasının bir elm kimi formalaşması.

e-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.