Xarici dillər fakültəsi

Xarici dillər fakültəsi 01.09.2014 tarixindən fəaliyyət göstərir.
Dekan: Hüseyn Qədrulla oğlu Bağırsoylu
Dekan müavini: Yasin İsrafil oğlu  Babazadə
Fakültə katibi: Gülzar Ramiq qızı Salahova
Dil koordinatoru: Nuridə Əli qızı Bayramova

Fakültə tərkibində  2 kafedra fəaliyyət göstərir;
-Xarici dillər
-İlahiyyat,
Fakültə daxilində 3 ixtisas  fəaliyyət göstərir;
-Xarici dil (İngilis) müəllimliyi
-Dinşünaslıq
- Alman dili və ədəbiyyatı
Fakültədə 23 professor - müəllim fəaliyyət göstərir ki, bunlardan 1 nəfəri filologiya üzrə fəlsəfə doktoru,  1-i dosent, 6-sı baş müəllim, 5 nəfər dissertant və 10 nəfər  müəllim heyətindən ibarətdir. Fakültənin 2 müəllimi 2015-ci il oktyabr-2016-cı il avqust aralığında 10 (on) aylıq təkminləşdirmə kursu əsasında Almaniyanın Maksi Milino Universitetində kurs keçmişdirlər. Fakültədə 2016-cı ildən Alman dili və ədəbiyyatı ixtisası fəaliyyətə başlamışdır.
Fakültə müəllimlərindən 7 nəfər Milli Elimlər Akademiyasının doktorantlarıdır. Fakültənin 2 müəllimi təkminləşdirmə kursu əsasında Almaniyanın Maksi Milino Universitetində kurs keçiblər.
Naxçıvan Muxtar Respublikasında ilk dəfə Naxçıvan Universitetinin Xarici dillər fakültəsində 2013-cü ildən 1+4 sistemi əsasında tədris aparılır.Həmçinin Naxçıvan Muxtar Respublikasında ilk və yeganə kafedra olan İlahiyyat kafedrası 2015-ci ildən məhz Naxçıvan Universitetinin Xarici dillər fakültəsində fəaliyyətə başlayıb. İlahiyyat kafedrası tərkibində yerləşən Dinşünaslıq ixtisasında tələbələrə İslam dini, tarixi və qanunları (Fiqh) ilə yanaşı qeyri-ixtisas fənləri də tədris olunur.
Habelə fakültədə təhsil alan bütün tələbələr günlük dərs proqramlarından əlavə sərbəst mövzularda təşkil olunmuş diskussiyalarda iştirak edirlər. Hər həftə təyin olunmuş bir sərbəst günboyu 1+4 sistemi əsasında tələbələr üçün şəhər və şəhərdən kənarda yerləşən tarixi və turistlik məkanlarda, habelə muzeylərdə ekskursiyalar və açıq dərslər təşkil olunur və günboyu tanış olduqları yeniliklər haqqında tapşırıqlar verilir

  

Həmçinin tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri üçün fakültə tərkibində teart və gitar klubları fəaliyyət göstərir.

 

Xarici dillər fakültəsində yerləşən hər bir tədris otağı müasir informatika texnologiyaları sistemi ilə təchiz olunmuşdur. İki ədəd 20 nəfərlik linqafon otağı oxu-dinləmə (reading-listening) dərslərinin tədrisi üçün tələbələrin xidmətinə verilmişdir.


Bir ədəd 20 nəfərlik tərcümə mərkəzində tərcümə dərslərinin mühazirə və seminarı daha səmərəli və ətraflı şəkildə tədris olunur.
Elektron lövhə ilə təchiz olunmuş iki ədəd 90 nəfərlik mühazirə zallarında mühazirə dərsləri ilə yanaşı İKT dərslərinin tədrisi və habelə elmi konfransların keçirilməsi təşkil olunur. İki ədəd komputer otağı informatika texnologiyaları fənninin tədrisi ilə yanaşı informasiya yeniliklərinə dair məlumatlar əldə etmələri və günlük dərs tapşırıqlarını yerinə yetirmələri üçün tələbələrin istifadəsinə verilmişdir. Hər bir kursun bölündüyü qrup üzrə seminar dərslərinin tədris olunması üçün fakültə binasında 24 auditoriya otağı mövcuddur. Fakültədə semestr sonu, yekun və ara imtahanların keçirilməsi üçün elektron lövhə və komputerlərlə təchiz olunmuş 50 nəfərlik imtahan mərkəzi vardır. Həmçinin fakültədə 1 ədəd inteqrasiya mərkəzi mövcuddur ki, bu mərkəzlərdə də diskussiyalar, seminar dərsləri və sərbəst mövzulu dərslərin müzakirəsinə dair dərslər tədris olunur.

Fakültə binası tərkibində yerləşən Heydər Əliyev Dövlətçilik mərkəzində H.Əliyev irsinin tədqiqi və tədrisi İKT və bilavasitə xüsusi kitabxana əsasında geniş və ətraflı şəkildə tədris olunur. Mərkəzdə 49 nəfərlik sağ və eləcə də sol əllə yazanlar üçün xüsusi oturacaqlar, tələbələrin əyani surətdə istifadə etmələri üçün H.Əliyev irsinə, Naxçıvan tarix və etnoqrafiyasına dair xüsusi kitablarla zənginləşdirilmiş kitab rəfləri və İKT dərslərinin tədrisi üçün elektron lövhəli qurğu mövcuddur.