Magistratura

“Naxçıvan” Universitetində ali təhsilin magistratura və doktorantura pilləsində kadrların hazırlanmasının idarə edilməsi və nəzarəti Magistratura bölməsi tərəfindən həyata keçirilir. Hazırda “Naxçıvan” Universitetində magistratura səviyyəsi üzrə  18 tələbə təhsil alır. Tələbələr sırasında 6 nəfər əcnəbi tələbə vardır.

 

“Naxçıvan”  Universitetində magistratura səviyyəsində aşağıdakı ixtisaslar üzrə kadr hazırlığı aparılır:

  • 060101 -  Azərbaycan dili və ədəbiyyat müəllimliyi

Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası.

  • 060111 - Tarix müəllimliyi

Tarix fənninin tədrisi metodikası və metodologiyası.

  • 060119 - Pedaqogika

Pedaqogika nəzəriyyəsi və tarixi.

  • 060404 - İqtisadiyyat

Makroiqtisadi siyasət

  • 060105 - Riyaziyyat müəllimliyi

Riyaziyyatın tədrisi metodikası və metodologiyası 

  • 060112 - Cografiya müəllimliyi

Coğrafiya fənninin tədrisi metodikası və metodologiyası

  • 060103 - Xarici dil müəllimliyi (ingilis dili)

Xarici dilin tədrisi metodikası və metodologiyası

  • 060201 - Filologiya

Dilşünaslıq üzrə (dillər üzrə)

  • 060403 - Maliyyə

Maliyyə nəzarəti və audit

 

Azərbaycan Respublikası Nazirlər kabinetinin 2016-cı il 21 iyun 232 nömrəli qərarı ilə “Naxçıvan” Universitetində doktorantura yaradılmışdır. “Naxçıvan” Universitetində doktoranturaya və dissertanturaya qəbul 2017-ci ildən aparılır .

 

“Naxçıvan”  Universitetində doktorantura  səviyyəsi üzrə ixtisasların təsnifatı aşağıdakılardır:

  • Riyaziyyat

1204.01 Həndəsə

  • İqtisad elmləri

5308.01 Ümumi iqtisadiyyat

5311.01 Müəssisələrin təşkili və idarə olunması

  • Coğrafiya

5401.01 İqtisadi coğrafiya

  • Texnika elmləri

3338.01 Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə)

  • Filologiya elmləri

5706.01 Azərbaycan dili

5718.01 Dünya ədəbiyyatı (konkret ədəbiyyat göstərilməklə)

  • Pedaqogika

5801.01 Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (təhsilin sahələri və səviyyələri üzrə)

5804.01 Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi

5807.01 Etnopedaqogika

 

Hal-hazırda “Naxçıvan” Universitetində 10 ixtisas üzrə 6 doktorant, 17 dissertant fəlsəfə doktoru adı almaq üçün müvəffəqiyyətlə elmi-tədqiqat işləri aparırlar.  

 

Magistratura bölməsinin tərkibi:

Sunay Elsevər qızı Abbasova - İnspektor