ENACTUS (SIFE)nədir?

ENACTUS (Entrepreneurial Action Us) beynəlxalq proqramının əsası 1975-ci ildə ABŞ universitetləri tərəfindən qoyulmuşdur. ENACTUS - biznesin müsbət gücü ilə daha yaxşı və daha davamlı dünya yaratmaq üçün bu günün və sabahın liderlərini bir yerə toplayan beynəlxalq təşkilatdır. ENACTUS ümumdünya şəbəkəsi universitet tələbələri, akademik professionallar və biznes liderlərindən ibarətdir.
ENACTUS şəbəkəsi ilə qurulan əlaqələr dünyadakı fərdləri və cəmiyyətləri faydalandırır, iştirakçılar arasında şəxsi və professional mühitin inkişafına səbəb olur. Proqramın cəmiyyət aspektinə əlavə olaraq, ENACTUS-un liderlik və karyera təşəbbüsləri öyrənmək, ENACTUS-un əməkdaş şirkətləri ilə tələbə və məzunların mübadiləsi və həmçinin yerləşdirilməsinə əhəmiyyətli imkanlar yaratmaq üçün planlaşdırılıb.
ENACTUS komandaları fərdi universitet kampuslarında təşkil olunur. ENACTUS Dünya Qərargahı tərəfindən bu cür komandaların necə təşkil olunması və strukturlaşması ilə bağlı bilərəkdən çox az qayda və prosedurlar yaradılmışdır.
ENACTUS komandasını təşkil etmək və onu idarə etməyin çoxsaylı yolu var. Hər bir kollec və ya universitet  xidmət etdiyi cəmiyyətə qədər unikaldır. Bu elastiklik hər bir quruma öz ENACTUS komandasını onun fakültə, tələbə və cəmiyyət ehtiyaclarına münasib şəkildə qurmağa icazə verir.
ENACTUS öz cəmiyyətində fərqlənməklə sosial cəhətdən məsuliyyətli biznes liderləri olmaq üçün, bacarıqları inkişaf etdirmək sahəsində universitet tələbələrini mobilləşdirməklə bağlı biznes və ali təhsil liderləri ilə işləyən beynəlxalq qeyri-kommersiya təşkilatıdır. İştirakçı tələbələr kampuslarda komandalar təşkil edir və ehtiyacı olan insanların həyat keyfiyyəti və yaşam standartını yaxşılaşdıran yardım layihələrini inkişaf etdirmək üçün biznes konsepsiyalarını tətbiq edirlər. İllik regional və milli yarışlar liderlərin hakimlər kimi çıxış etməsini təmin edir. Enactus - Ali təhsil müəssisələri və biznes strukturları arasında partnyorluq, tərəfdaşlıq və əməkdaşlıqdır. Əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin qurulması nəticəsində tələbə komandaları yaşadıqları cəmiyyətdə azad sahibkarlığın prinsiplərini öyrənir, öz ideyalarını praktikada tətbiq edir və əldə etdikləri bilikləri digərləri ilə bölüşürlər.

        

Enactus Təşkilatı

Enactus Təşkilatı 70-ci illərin ortalarında ABŞ-da yaradılıb. 1984-cü ildə SIFE müsabiqəsində ABŞ Universitetlərindən cəmi 17 komanda iştirak etmişdi. 10 ildən sonra, 1994-1995-ci akademik illərdə bu proqrama cəlb edilən tələbələrin sayı 30000-ə yaxın olmuş və müsabiqələrdə 171 komanda iştirak etmişdi. Hal-hazırda 50-ə yaxın ölkəni təmsil edən tələbə komandaları hər il keçirilən Enactus  WORLD  CUP – da öz ölkələrini və Universitetlərini təmsil edirlər. Enactus genişlənərək dünyanın Universitet əsaslı ən iri təşkilatlarından birinə çevrilib.
Enactus komandalarının məqsədi təkcə məlumatlandırmaq deyil, həmçinin auditoriyaya azad sahibkarlığın prinsiplərini anlatmaqla onların potensialının tam olaraq reallaşmasına təkan verməkdir. SIFE komandaları yaşadıqları cəmiyyətdəki insanların həyat səviyyəsini və yaşayış standartlarını təkmilləşdirmək uğrunda çalışır.

        

Enactus– un İdeyası

Enactus – un ideyası Azad Sahibkarlığın öyrədilməsi vasitəsilə insanlara öz arzularına çatmaq üçün köməyin göstərilməsidir. Biz inanırıq ki, ətrafın həyat tərzini yaxşılaşdırmağın ən yaxşı üsulu Azad Sahibkarlıqdır.

Enactus – un Missiyası

Enactus – un əsas missiyası bazar iqtisadiyyatının əsaslarını öyrətmək məqsədilə tələbə komandalarının hazırlanmasıdır. ENACTUS - biznesin müsbət gücü ilə daha yaxşı və daha davamlı dünya yaratmaq üçün bu günün və sabahın liderlərini bir yerə toplayan beynəlxalq təşkilatdır. ENACTUS ümumdünya şəbəkəsi universitet tələbələri, akademik professionallar və biznes liderlərindən ibarətdir

        

Enactus Təşkilatının İctimai Fəlsəfəsi

 “Mənə balıq ver bir gün ac qalmayım, mənə balıq tutmağı öyrət ömürlük ac qalmayım.”

Enactus Komandalar

Hər bir Enactus komandası Universitet cəmiyyəti tərəfindən təşkil olunur. Bu komandaların təşkil olunmasına və strukturuna dair Enactus –un Baş Ofisi tərəfindən müəyyən olunmuş bir neçə qayda və prosedurlar mövcuddur:

  • Bəzi komandaların ancaq bir məsləhətçisi, digərlərinin isə bir neçə məsləhətçisi ola bilər;
  • Bəzi komandaların xeyli sayda, digərlərinin isə nisbətən az sayda tələbə üzvü ola bilər (Qeydiyyat üçün minimum 25 nəfər tələbə tələb olunur);
  • Bəzi komandalar üzv olmaq üçün müəyyən tələblər irəli sürəcək, digərləri isə maraq göstərən hər bir tələbəyə üzv olmağa imkan verə bilər;

        

Enactus Proqramının Baş Ofisi tərəfindən tətbiq edilən Parametrlər

            Enactus Proqramının Baş Ofisi tərəfindən tətbiq edilən Parametrlər odur ki, komandalar öz fəaliyyətlərini insanlara aşağıda göstərilən istiqamətləri öyrətməklə qurmalıdırlar:

  • Bazar iqtisadiyyatını;
  • Uğur qazanmaq bacarığını;
  • Sahibkarlığı;
  • Maliyyə savadını;
  • Biznes etikasını.

Bunun xaricində komanda tərəfindən həyata keçiriləcək layihələrin sayı, layihə çərçivəsində hansı auditoriyanı əhatə edəcəkləri, onlar tərəfindən tətbiq olunacaq tədris materiallarının orijinal və ya əvvəlcədən hazırlanmış olması kimi məsələlərin həlli hər bir komandanın öz ixtiyarına verilib.

        

Müsabiqənin keçirilməsində məqsəd

Müsabiqənin keçirilməsində məqsəd – Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində gənclərin rolunu artırmaq, gənclərin sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, azad sahibkarlığın ideyasını tələbələr arasında təbliğ etmək, tələbələrin təşkilatçılıq, idarəçilik və komandada işləmək qabiliyyətlərini inkişaf etdirməkdən ibarətdir.
İstənilən tələbə, yaxud müəllim avadanlığın quraşdırılmasında iştirak edə bilər. Sual-cavab prosesində isə yalnız komanda üzvləri iştirak etməlidir. Heç bir komandaya rəsmi elan olunmamışdan öncə təqdimat otağında avadanlığı quraşdırmağa icazə verilmir. Yarışa aid heç bir sənəd, material, hədiyyə və s. materiallar münsiflər heyətinə verilə bilməz. İstisna hal kimi komanda üzvləri haqqında 1 səhifəlik məlumat verilir.

        

Müsabiqəyə təqdim olunan layihələrin

münsiflər tərəfindən qiymətləndirmə meyarları

Vacib olan iqtisadi, sosial və ekoloji amilləri nəzərə almaqla hansı Enactus komandası kommersiya və iqtisadi anlayışları və sahibkarlıq yanaşmasını tətbiq edərək ehtiyacı olan insanların həyat səviyyəsinin və keyfiyyətinin yüksəldilməsinə daha effektiv olaraq təsir etmişdir?

Qiymətləndirmə Elementləri

1. “Vacib olan iqtisadi, sosial və ekoloji amillər” dedikdə nə başa düşülür?

  • Bu üç amil üç qat müəyyən etmə konsepsiyasına (daha doğrusu gəlir, insanlar, planet) aid olmaqla layihənin və ya təşəbbüsün həqiqətən də effektiv və dayanıqlı olduğunu nümayiş etdirməli və onlar nəinki iqtisadi, həmçinin sosial və ekoloji nöqteyi nəzərindən əsaslandırılmış olmalıdır.
  • Bu üç amilin hər biri nəzərə alınmalıdır, lakin onlardan bəziləri müəyyən hallarda xüsusi ilə böyük əhəmiyyət kəsb edə bilər.
  • İstənilən bu üç amilə layihənin bir hissəsi olmaqla inteqrasiya yanaşması çərçivəsində baxılmalı və heç vaxt müəyyən vəziyyətlərə aid olmaqla ayrılıqda nəzərdən keçirilməməlidir.

         

 2. “İnsanlara effektiv olaraq təsir etmək” necə olar?

  • Asılılıqdan  öz müqəddəratını təyin etməyə və müstəqil yaşamağa keçid dövründə insanlara bilik, bacarıq və (və ya) əminlik hissinin verilməsi.
  • Onları əməkdaşlığa cəlb etmək və uzunmüddətli bacarıqlarınının inkişafı üzərində cəmləşdirmək.

 3. “Ehtiyacı olan insanlar” qrupuna kimlər daxildir?

Geniş mənada “ehtiyacı olan insanlar” komanda layihəsinin müəyyən hissəsində, Enactus missiyası üçün vacib və ya əhəmiyyətli olan, diqqətdən kənarda qalmış istənilən potensial insan qrupu nəzərdə tutulur.

  • Qrup kasıb, yoxsul, cəmiyyətdən təcrid olunmuş və (və ya) maliyyə sıxıntısı çəkən insanlarla məhdudlaşmır.
  • Əsas qiymətləndirmə komandanın seçdiyi hədəf qruplarınının ehtiyaclarının nümayiş etdirilməsi bacarığına verilir, həmçinin komanda niyə məhz bu ehtiyaclara müraciət etdiyini də göstərməlidir.

         

 

 4. “Kommersiya və iqtisadi prinsiplərinin və sahibkarlıq yanaşmasının tətbiq edilməsi” nə deməkdir?

  • “Kommersiya və iqtisadi prinsiplər” -  geniş tədbirləri özündə cəmləşdirən birləşmiş qrupdur.  Onlar Enactus-un bütün mövzuları, hakimliyin son kriteriyaları və digərləri  daxil olmaqla layihə şəklində həyata keçirilə bilər.
  • “Kommersiya və iqtisadi prinsiplər”  layihənin məzmunu, işlənməsi və hazırlanması prosesində biznes yanaşmadan istifadə etməklə yeni iqtisadi imkanların yaranmasına gətirib çıxarmalıdır.
  • “Sahibkarlıq yanaşması” layihənin hazırlanması və təqdim edilməsi üsuludur. Bu heç də sahibkarlıq təşkilatının yaradılması tələbi deyildir.
  • “Sahibkarlıq yanaşması” Enactus komandasının səyləri ilə “yaradıcılıq, yenilikçilik və sahibkarlıq ruhu”nun təzahür etməsinə gətirib çıxarmalıdır.

 5.  “Keyfiyyət və həyat səviyyəsi” dedikdə nə başa düşülür?

  • Həyatın keyfiyyəti, həyatın qeyri-maddi aspektlərinə aiddir: bunlar şəxsin və ya hədəf qruplarının sosial, mədəni və emosional həyat aspektləridir.
  • Həyat səviyyəsi maddi aspektlərə aiddir: bunlar şəxsin və ya hədəf qruplarının fiziki, maliyyə və ekoloji həyat aspektləridir.
  • Hədəf qruplarına fayda gətirməklə statusun yaxşılaşdırılması, komandanın əldə etdikləri nəticələr (göstəricilər, planlar və təşəbbüslər vasitəsi ilə deyil) vasitəsi ilə nümayiş etdirilməlidir.

Müsabiqə

Akademik tədris ili Enactusu – un milli müsabiqəsi ilə yekunlaşır. Bu müsabiqə hər bir komandaya özlərinin işlədiyi və hazırladığı layihələri münsiflər heyəti qarşısında təqdim etmək imkanı verir. Hazırlanan layihələr cəmiyyət və insanların yaşayış standartlarının təkmilləşdirilməsinə nə dərəcədə təsir göstərməsi baxımından qiymətləndirilir. Enactus proqramını tətbiq edən hər bir ölkə ən azı milli müsabiqəni təşkil etməlidir. Müsabiqənin nəticəsi olaraq bir Universitet qalib elan olunur və Enactus Dünya Müsabiqəsinə vəsiqə qazanır.