Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Xatirə Muzeyində Xocalı soyqırımı ilə bağlı açıq dərs keçirilib

  “Naxçıvan” Universitetinin Xarici dillər fakültəsinin tələbələrinə Naxçıvan şəhəridə yerləşən Xatirə Muzeyində Xocalı soyqırımının 28-ci il dönümünə həsr olunmuş ingilis dilində açıq dərs keçirilib.

İlk öncə tələbələrə muzeyin bələdçisi tərəfindən muzey haqqında ətraflı məlumat verilib. Bildirilib ki, muzeyin ekspozisiyasında Azərbaycan torpaqlarında əsrlər boyu ermənilər tərəfindən törədilən soyqırım və onun qurbanlarının faciəvi qətlini əks etdirən sənədlər fotoşəkillər və şəxsi əşyalar nümayiş olunur. Azərbaycanın hər bir yerində olduğu kimi, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan şəhərində, o cümlədən Babək, Sədərək, Şahbuz, Culfa rayonunun və digər yaşayış məntəqələrində minlərlə günahsız insan erməni vandalizminin qurbanına çevrilmişdir ki, bütün bu məlumatlar da muzeydə öz əksini tapır.

Muzeydə erməni quldurlarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırım faciələrinin bir daha təkrar olunmaması, bu tarixi həqiqətlərin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasında ümummilli lider Heydər Əliyevin imzaladığı fərman və sərəncamlar, eyni zamanda Ölkə Prezidenti İlham Əliyevin tarixi həqiqətlərin bütün dünyaya çatdırılması istiqamətində həyata keçirdiyi tədbirlər də nümayiş etdirilən eksponatlar sırasındadır.

Daha sonra “Naxçıvan” Universitetinin Xarici dillər kafedrasının müəllimi Elmira Hüseynova tərəfindən ingilis dilində Xocalı soyqırımının 28-ci il dönümünə həsr olunmuş dərs keçirilib. Sonda tələbələrin sualları cavablandırılıb.