Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

X sinif Azərbaycan tarixi və Ümumi tarix dərsliklərinin müzakirəsi keçirilib

29 may 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan” Universitetində ümumtəhsil məktəblərinin müəllimləri, “Sabahın müəllimi” layihəsinin iştirakçıları, Universitetin professor və müəllim heyətinin iştirakı ilə X sinif Azərbaycan tarixi və Ümumi tarix dərsliklərinin müzakirəsi keçirilib.

   Tədbiri giriş sözü ilə “Naxçıvan” Universitetinin prorektoru Hüseyn Bağırsoylu açaraq müzakirənin keçirilməsinin əhəmiyyətindən danışıb.

Müzakirədə iştirak edən Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Ovni Muradov çıxış edərək qeyd etmişdir ki, aprelin 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində "Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə" müşavirə keçirilmişdir. Müşavirədə Ali Məclisin Sədri tərəfindən Təhsil Nazirliyinə ali məktəblərin professor və müəllim heyətləri ilə birlikdə yeni dərslik və dərs vəsaitlərinin müzakirəsini təmin etmək bir vəzifə olaraq tapşırılmışdır.

Verilmiş tapşırıqların icrasının təmin olunması məqsədilə Muxtar Respublikanın qabaqcıl müəllimlərinin iştirakı ilə ayrı-ayrı dərslik və dərs vəsaitlərinin müzakirəsi aparılmışdır. Qabaqcıl fənn müəllimlərinin iştirakı ilə hazırlanmış rəy və təkliflərin Muxtar Respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin professor və müəllim heyəti ilə birlikdə müzakirələri davam etdirilir.

   Təhsil Nazirliyi tərəfindən hazırlanmış qrafikə uyğun olaraq, növbəti müzakirə ümumtəhsil məktəblərinin qabaqcıl tarix müəllimləri, “Naxçıvan” Universitetinin Azərbaycan tarixi kafedrasının əməkdaşlarının iştirakı ilə X sinfin Azərbaycan tarixi və Ümumi tarix dərsliyinə həsr olunmuşdur. Müzakirələrin sonunda rəy və təkliflər hazırlanacaq ki, bu da X sinif Azərbaycan tarixi və Ümumi tarix dərsliklərinin təkmilləşdirilməsinə mühüm töhfə verəcəkdir.

Sonra X sinif Azərbaycan tarixi və Ümumi tarix dərsliklərinin müzakirəsinə başlanıldı. İştirakçılar hər bir bölmədə verilən mövzuların şagirdlərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin formalaşmasına, tarixi keçmişimizlə bağlı baş vermiş hadisə və faktlara düzgün münasibətin yaranmasına, onların dünyagörüşünün zənginləşdirilməsinə, Azərbaycanla yanaşı dünya tarixinin müəyyən dövrləri və dövlətləri haqqında ətraflı məlumat almalarına köməklik göstərməklə yanaşı, dərsliklərdə bir sıra çatışmamazlıqların - xronoloji ardıcıllığın gözlənilməməsi, tarixi hadisələrin adının və vaxtının dəqiq verilməməsi və ya fərqli tarixlərlə verilməsi, bəzi mətnlərin ağır və yorucu olması, Azərbaycanın görkəmli hökmdarlarının və sərkərdələrinin fotolarının oxşar şəkildə verilməsi və sair çatışmamazlıqların olduğunu qeyd etdilər.

Müzakirələrdən sonra yekun təkliflər hazırlanaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə təqdim olunub.