UNİVERSİTETİN MÜƏLLİMİ STEAM TƏHSİL TƏLİMİNİ UĞURLA BAŞA VURUB

 

        Bu  ilin  oktyabr-noyabr aylarında  təşkil olunan STEAM təhsili üzrə təlimləri uğurla başa vuran 75 müəllimə sertifikatlar verilib. Həmin müəllimlərdən biri də “Naxçıvan” Universitetinin “Riyaziyyat və informatika” kafedrasının baş laborantı Nazlı Əjdərovadır.

        Heydər Əliyev adına tam orta məktəbin STEAM Tədris Mərkəzində keçirilən tədbirdə təhsil naziri Rəhman Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikasında dövlət qayğısı nəticəsində müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilməyə başlanılan təhsil yenilikləri bu gün muxtar respublikada uğurla tətbiq edilir. Nazir qeyd edib ki, yaradıcı yeni nəslin formalaşmasına öz töhfəsini verən STEAM təhsil metodunun əhatə dairəsinin genişləndirilməsi və inkişafı ixtisaslaşmış kadrlar tələb edir. Bu məqsədlə Heydər Əliyev adına tam orta  məktəbdə  yaradılan  STEAM  Tədris Mərkəzinin imkanlarından yararlanaraq bu günədək  175-i bu Mərkəzdə, 150-si isə onlayn  qaydada olmaqla 325 müəllim təlimlərdən yararlanıb. Bu təlimlərin nəticəsi  olaraq  onlarda  STEAM  dərsləri  tədris etmək bacarığı  formalaşıb. Təhsil naziri təlimləri uğurla başa vuran müəllimləri təbrik edib. STEAM Tədris Mərkəzində təlimlərin bundan sonra da davam etdirilməsi ilə bağlı tapşırıqlar verib.

        Yekunda STEAM təhsil metodu üzrə təşkil olunan təlimi uğurla başa vuran müəllimlərə Təhsil Nazirliyinin sertifikatları təqdim olunub.