Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

Zərifə Əliyeva adına Naxçıvan şəhər Polikilinikasının həkim briqadası “Naxçıvan” Universitetinin tələbələrini müayinədən keçiriblər

Zərifə Əliyeva adına Naxçıvan şəhər Polikilinikasının həkimləri mütəmadi olaraq orta ixtisas və ali təhsil müəssisələrində olur və tələbələri müayinədən keçirirlər. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı  olaraq bu günlərdə Zərifə Əliyeva adına Naxçıvan şəhər Polikilinikasının həkim briqadası “Naxçıvan” Universitetində olmuş, tələbələri müayinədən keçirmişlər. Məlumat üçün bildirək ki, həkimlərdən lor-burun,qulaq Vəli Qəhrəmanov, nevroloq Sabir Mehdiyev, oftalmaloq Kamilə Orucəliyeva, terapeft Şəfəq Tarverdiyeva,tibb bacısı Kəmalə Rəhimova 593 nəfər tələbəni müayinədən keçirmişlər. Qeyd edək ki, müayinədən keçənlərdən bir qrupuna onlarda aşkar olunan patologiyaya uyğun müalicə və göstərişlər yazılıb.