Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

Universitet tələbələri Fəzlullah Nəiminin qəbirüstü abidəsini ziyarət etdilər

“Naxçıvan” Universitetinin bir qrup müəllim və tələbə heyəti Culfa rayonunun Xanəgah kəndində yerləşən Fəzlullah Nəiminin qəbirüstü abidəsində olmuşdur.Tələbələrə məlumat verilmişdir ki,  Şeyx Fəzlullah Nəimi 1339-cu ildə anadan olub. Yaxşı təhsil almasına baxmayaraq, uzun müddət həyatda öz yerini tapa bilməyib. Elə vaxt olub ki, o, öz dolanışığını papaq tikməklə qazanıb. Ancaq onun elmə həvəsi hər şeyə üstün gəlmiş və o bilik qazanmaqdan ötrü o dövrdə qəbul olunan ənənəyə görə, səyahətə çıxıb.
Onun "Növmnamə" əsərində də zəngin biblioqrafik məlumatlar var. Burada Nəimi özünün Suriyadan Orta Asiyaya qədər bütün müsəlman dünyasına səfərləri, olduğu şəhərlər, tanış olduğu adamlar haqda danışır. Burada Bakı, Nişapur,Cəzirə,Mazandaran, Xarəzm,Sufiyan kimi şəhərlərin adları çəkilir. Tələbələrə Fəzlullah  Nəiminin tələbəsi olan İmadəddin Nəsimi haqqındada məlumat verilmişdir.Qeyd olunmuşdur ki, Nəsimi Azərbaycan ədəbiyyatında ana dilində ilk dəfə müstəzad, mürəbbe və tərcibəndlər yazmışdır. Onun rübailəri, tuyuğları bədii quruluş və məzmunca orijinal və qiymətlidir. Rübailərində hürufiliyin müddəaları, şairin fəlsəfi görüşləri, Həyat və Kainat haqqında düşüncələri yığcam və məntiqi bir dildə ifadə olunmuşdur. Nəsiminin əsərləri hələ sağlığında Azərbaycan, Yaxın Şərq, İraq, Kiçik Asiya və Suriyada, eləcə də Orta Asiyada və uyğurlar içərisində geniş şöhrət tapmışdı. Nəsiminin ana dilində yazdığı əsərlər Azərbaycan şeirinin inkişafına, o cümlədən Şah İsmayıl Xətai, Füzuli, Vaqif kimi böyük sənətkarların yaradıcılığına qüvvətli təsir göstərmişdir. O da vurğulanmışdır ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  İmadəddin Nəsiminin  650 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı sərəncam Nəsimi yaradıcılığına göstərilən qayğıdan xəbər verir. Universitet rəhbərliyi də adıçəkilən sərəncamdan irəli gələrək bir sıra müxtəlif tədbirlər həyata keçirəcəkdir.