Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

Universitet əməkdaşları Litvanın Vilnus şəhərində təşkil edilən təlimdə iştirak edir

"Naxçıvan" Universiteti respublikamızın bir çox ali məktəbləri ilə yanaşı çoxsaylı xarici universitetlər və beynəlxalq qurumlarla da əməkdaşlıq müqavilələri imzalamışdır ki, bu əməkdaşlıqlar ortaq elmi proqramların və konfransların keçirilməsinə, tələbə mobilliyinin artırılmasına, müəllim, tələbə mübadilələrinin həyata keçirilməsinə yüksək təsir göstərmişdir. Universitet dünyanın 51 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Geniş əlaqələrə malik olan “Naxçıvan” Universitetində beynəlxalq əlaqələr və əməkdaşlıq bir neçə istiqamət üzrə davam və inkişaf etdirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq universitetin bir qrup əməkdaşı tədris və tərbiyə işləri üzrə prorektor, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu, beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli və xarici dillər fakültəsinin müəllimi Könül Babayeva EQAC layihəsinin növbəti təlimində iştirak edirlər. EQAC Erasmus Plus layihəsinin növbəti təlimi Litvanın Vilnus şəhərində təşkil edilib. Təlimin ilk günündə Azərbaycanın tərəfdaş universitetləri Litvanın Keyfiyyətə nəzarət mərkəzində olmuş və mərkəzin direktoru və kordinatorları mərkəzin fəaliyyəti haqqında təqdimat keçirmişlər. Günün ikinci yarısında Litvanın qabaqcıl ali təhsil müəssisələrindən biri olan Mykolas Komeris Universiteti ilə tanışlıq olmuşdur. Qeyd edək ki, layihənin növbəti təlimində universitetlər tərəfindən hazırlanmış hesabatlar xarici ekspertlərlə birgə müzakirə edilmiş və mərkəzin strukturunun formalaşması üçün görüləcək işlər barəsində fikir mübadiləsi aparılmışdır.

Məlumat üçün qeyd edək ki,növbəti təlim noyabr ayının 11-dək davam edəcəkdir.