Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

Universitet əməkdaşları konfransda iştirak etdi

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə “I Beynəlxalq Elm və Texnologiya” mövzusunda konfransı keçirilib. Konfransda Azərbaycan və dünyanın bir sıra dövlətlərinin ali təhsil müəssisələrində elm adamları və mütəxəssislər iştirak edib. Konfransda “Naxçıvan” Universitetini  “Riyaziyyat və İnformatika” kafedrasının müəllimləri   Nigar Nağıyeva  və Şamil Hümbətov layiqincə təmsil etmiş,  maraqlı   məqalələri ilə çıxış etmişlər.

Məlumat üçün qeyd edək ki, konfransda 10 ölkədən tərtibat qaydalarına  uyğun 100-dən çox məqalə qəbul edilib. Konfransın açılış mərasimində BMU-nun rektoru, professor Havar Məmmədov çıxış edərək qonaqları salamlayıb və konfransın işinə uğurlar arzulayıb. Bildirilib ki, bu kimi konfransların keçirilməsi ali təhsil müəssisələrində elmi mühitin formalaşmasında və yüksək ixtisaslı kadr hazırlığındakı rolu danılmazdır.

Konfransın plenar iclasında  isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü akademik Vaqif Abbasov, ABŞ Florida Atlantik Universitetinin professorları İsaak Elishakof, Natalya Vaysfeld və Natiq Əhmədov məruzə ilə çıxış ediblər. Konfransın işi plenar və seksiya iclaslarında  azərbaycan, ingilis və rus dillərində davam edib.

Qeyd  edək ki, konfrans ali məktəb elmi işçiləri və  müəllimlərin, mühəndis və texniki elmlər sahəsində çalışan mütəxəssislərin, doktorontların,aspirantların  öz elmi-praktik işlərinin nəticələrini bölüşmək və müzakirə etmək məqsədilə təşkil edilib.